Valideyn uşağın telefonuna baxa bilərmi? - HÜQUQ
14 Yanvar 2026, 19:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2561
03.11.2025, 21:48
Daxili İşlər Nazirliyi əməkdaşlarının ölkənin daxili təhlükəsizliyində oynadığı rol böyük əhəmiyyət kəsb edir.Bu səbəbdən də DİN ölkənin əsas təhlükəsizlik strukturlarından hesab olunur.Azərbaycan polisininin sutkanın 24 saatını çalışmasını da qeyd etmək yerinə düşərdi. Bütün bunlar əhalinin təhlükəsizliyini və daxili asayişi daim sabit saxlamaq məqsədi güdür.
Oxu24.com bu gün cəmiyyətdə aktual mövzulardan birinə nəzər salıb. Bəzən insanlarda hüquqi cəhətdən maariflənmə az olduğundan bu kimi hallarla rastlaşa bilirik. Söhbət polis əməkdaşının çağırışına getmək qaydası və bunun hansı formada olmasından gedir.
Polis vətəndaşı Polis İdarəsinə hansı formada çağırmalıdır?Telefonla,ya məktubla?
Cəmiyyətin təhlükəsizliyinin və hüquq qaydasının təminatçısı kimi polis orqanlarının fəaliyyəti, yalnız ictimai asayişin qorunması ilə məhdudlaşmır. Polis, eyni zamanda, hüquq münasibətlərində tərəf kimi çıxış edərək vətəndaşların müəyyən hərəkətlər etməsini tələb edə bilər. Bu kontekstdə, polisin vətəndaşı bölməyə çağırması məsələsi həm hüquqi, həm də sosial baxımdan mühüm müzakirə mövzusudur.
Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki, Qanunvericilikdə “telefonla çağırış” anlayışı yoxdur. Bu səbəbdən, belə bir çağırış yalnız məlumatverici və könüllü xarakter daşıyır.
“Lakin təcrübədə tez-tez rast gəlinir ki, vətəndaşlar polis tərəfindən telefon zəngləri və ya sözlü bildirişlərlə bölməyə dəvət olunur. Bu zaman sual yaranır: bu çağırış qanunidirmi və vətəndaş belə halda getməyə borcludurmu?
Polis çağırışının hüquqi mahiyyəti əsasən Azərbaycan Respublikasının “Polis haqqında” Qanunun 25 və 26-cı maddələrinə əsasən, polis orqanı vətəndaşdan müəyyən izahatlar almaq və ya onun iştirakı ilə araşdırma aparmaq məqsədilə onu çağırmaq hüququna malikdir.
Lakin bu çağırışın qanunla müəyyən olunmuş formada həyata keçirilməsi şərtdir. Yalnız bu halda vətəndaşın çağırışa getməsi məhkəmə və inzibati orqanlar qarşısında hüquqi öhdəlik sayılır”,-deyə hüquqşünas bildirib.
Həmçinin oxuyun
Hüquqçünas Ellada Bayramova
Bəs,polisə çağırış forması və prosessual tələblər hansılardır?
Hüquqşünas Ellada Bayramovanın sözlərinə görə,çağırışın əsas forması yazılı bildirişdir.
Bu sənəddə aşağıdakı məlumatlar olmalıdır:
çağırılan şəxsin tam adı və ünvanı;
çağırışın məqsədi və səbəbi; gəlməli olduğu tarix, vaxt və yer;
çağırışı edən polis orqanının adı, vəzifəli şəxsin imzası və möhürü.
Bu tələblər inzibati prosesin şəffaflığını və vətəndaşın hüquqi təhlükəsizliyini təmin edir.
Telefon zəngi və ya sosial şəbəkə vasitəsilə edilən çağırış isə rəsmi xarakter daşımır və belə halda vətəndaşın gəlməməsi hüquq pozuntusu sayılmır.
Qanunvericilikdə “telefonla çağırış” anlayışı yoxdur. Bu səbəbdən, belə bir çağırış yalnız məlumatverici və könüllü xarakter daşıyır.
Polis əməkdaşının vətəndaşı telefonla çağırması müəyyən hallarda operativ məqsəd güdə bilər, lakin bu, rəsmi çağırışın yerini tutmur.
Əgər polis orqanı vətəndaşla bağlı konkret hüquqi tədbir görmək istəyirsə (məsələn, izahat almaq, şahid kimi dinləmək və s.), bu, mütləq rəsmi sənədlə həyata keçirilməlidir.
Bəs,polisin çağırışına gəlməməyin hüquqi nəticələri hansılardır?
Hüquqşünasın sözlərinə görə,yalnız rəsmi çağırışa əsasız səbəbdən gəlməyən şəxs məsuliyyət daşıyır.
Bu məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 510 və 563-cü maddələrində təsbit olunub.
Qanuna əsasən inzibati orqan tərəfindən çağırılan şəxs üzrlü səbəb olmadan gəlmədikdə, polis tərəfindən məcburi gətirilmə tədbiri tətbiq oluna bilər. Lakin bu tədbir yalnız məhkəmə və ya səlahiyyətli inzibati orqan qərarı ilə mümkündür.
Üzrlü səbəblər və hüquqi müdafiə imkanları deyiləndə nə başa düşülür?
Qanun vətəndaşın hüquqlarını da qoruyur. Əgər çağırışa gəlməməyə üzrlü səbəblər mövcuddursa (məsələn, xəstəlik, ailə vəziyyəti, fövqəladə hal), bu barədə polis orqanına yazılı məlumat verildikdə, məsuliyyət yaranmır.
Bundan əlavə, vətəndaş çağırışın qanuniliyinə şübhə etdikdə, müraciət və ya şikayət hüququndan istifadə edə bilər (məsələn, Daxili İşlər Nazirliyinə və ya Prokurorluğa).
Hüquqi mədəniyyət və vətəndaş məsuliyyəti
Bu məsələ həm də hüquqi mədəniyyət səviyyəsinin göstəricisidir. Vətəndaş öz hüquq və öhdəliklərini bildikcə, dövlət orqanları ilə münasibət daha şəffaf və qarşılıqlı hörmət əsasında formalaşır.
Beləliklə, polis tərəfindən vətəndaşın telefonla bölməyə çağırılması hüquqi baxımdan məcburiyyət yaratmır və yalnız rəsmi yazılı çağırış əsasında vətəndaşın gəlmək öhdəliyi yaranır.
Hazırladı: Miri Məcidli
20:53 / 14 Yanvar 2026
14
20:43 / 14 Yanvar 2026
22
20:34 / 14 Yanvar 2026
31
20:28 / 14 Yanvar 2026
28
20:19 / 14 Yanvar 2026
37
20:19 / 14 Yanvar 2026
38
20:14 / 14 Yanvar 2026
44
20:13 / 14 Yanvar 2026
34
20:08 / 14 Yanvar 2026
212
20:04 / 14 Yanvar 2026
48
20:01 / 14 Yanvar 2026
355
19:59 / 14 Yanvar 2026
40
19:54 / 14 Yanvar 2026
39
19:52 / 14 Yanvar 2026
47
19:47 / 14 Yanvar 2026
131
19:45 / 14 Yanvar 2026
50
19:42 / 14 Yanvar 2026
49
19:34 / 14 Yanvar 2026
40
19:34 / 14 Yanvar 2026
48
19:30 / 14 Yanvar 2026
1223
19:25 / 14 Yanvar 2026
60
19:12 / 14 Yanvar 2026
64
19:03 / 14 Yanvar 2026
532
18:57 / 14 Yanvar 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.