Ata evini oğluna verəndə ananın razılığı lazımdır? AÇIQLAMA
19 Sentyabr 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
847
30.09.2025, 11:06
"Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir".
Oxu24.com xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Ali Məhkəməsi konkret iş üzrə qəbul etdiyi qərarında əksini tapıb.
Ali Məhkəmə qeyd edib ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 11-ci maddəsində, "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında" Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də,cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun".
"Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.
İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır".
Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər. O şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin.
Həmçinin oxuyun
20:40 / 20 Sentyabr 2026
1
20:31 / 20 Sentyabr 2026
74
20:12 / 20 Sentyabr 2026
50
20:05 / 20 Sentyabr 2026
64
19:49 / 20 Sentyabr 2026
282
19:29 / 20 Sentyabr 2026
78
19:17 / 20 Sentyabr 2026
82
18:59 / 20 Sentyabr 2026
69
18:59 / 20 Sentyabr 2026
462
18:55 / 20 Sentyabr 2026
143
18:52 / 20 Sentyabr 2026
72
18:48 / 20 Sentyabr 2026
79
18:47 / 20 Sentyabr 2026
178
18:23 / 20 Sentyabr 2026
73
18:22 / 20 Sentyabr 2026
80
18:18 / 20 Sentyabr 2026
67
17:54 / 20 Sentyabr 2026
289
16:08 / 20 Sentyabr 2026
105
15:59 / 20 Sentyabr 2026
393
15:57 / 20 Sentyabr 2026
86
14:13 / 20 Sentyabr 2026
133
14:05 / 20 Sentyabr 2026
107
13:56 / 20 Sentyabr 2026
417
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.