Qısaldılmış və natamam iş vaxtı ilə bağlı vacib hüquqlar – Kimlərə şamil olunur?
26 May 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
828
26.09.2025, 13:08
Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mübahisə üzrə mühüm qərar qəbul edib.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxs bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır.
İşin hallarına görə, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, ASC ilə bağlanmış lizinq müqavilələri əsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqların İkinci Qarabağ müharibəsi zamanı atılmış mərmi nəticəsində tamamilə yararsız hala düşdüyünü bildirib və müharibənin başlandığı 27 sentyabr 2020-ci ildən sonra həmin əmlak üzrə hesablanmış lizinq ödənişlərinin ümumi öhdəliklərdən çıxılmasını tələb edib. İddiaçı lizinq predmetinin məhv olmasının cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventarizasiya aktı ilə də təsdiqləndiyini əsas gətirib.
Məhkəmə iddianı rədd edərək bildirib ki, müqavilədə və qanunvericilikdə lizinq əmlakının lizinq alanın təqsiri olmadan məhv olmasına görə lizinq verənin məsuliyyəti nəzərdə tutulmur. Bundan başqa, məhkəmə qeyd edib ki, lizinq alan əmlakı sığortalatmaq üçün vaxtında müraciət etməli idi və bunu etmədiyi üçün riskləri özü daşımalıdır.
Apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə razılaşmayaraq qərarı ləğv edib və iddianı təmin edib. Apellyasiya instansiyası qeyd edib ki, lizinq alanın müharibə şəraitində riskləri idarə etmək imkanının olmaması onun məsuliyyətini istisna edir.
Bundan sonra cavabdeh ASC Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.
Ali Məhkəmənin Kommersiya kollegiyası kassasiya şikayətinə baxaraq, apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlayıb.
Ali Məhkəmə Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-ci maddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alan yalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görə məsuliyyət daşıyır. Riskin idarə edilməsi üçün real imkanın olmadığı hallarda məsuliyyətin birmənalı şəkildə lizinq alana yüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir. Qorunma tədbirləri yalnız lizinq alanın real və hüquqi imkanları daxilində olduqda tələb edilə bilər. Müharibə zamanı düşmən mərmilərinin atılması şəraiti belə tədbirlərin həyata keçirilməsini faktiki olaraq mümkünsüz edib. Əgər lizinq alan lizinq predmetini mühafizə edə bilməyibsə və bu, onun nəzarətindən kənar səbəblərlə baş veribsə, o zaman bu şəxsin öhdəliyin pozulmasında təqsirli sayılması hüquqa ziddir.
Ali Məhkəmə qəbul etdiyi qərarda həmçinin göstərib ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən, əmlakın sığortalanmasını lizinq alanın müraciəti əsasında lizinq verənin özü həyata keçirilməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, əmlak üzərində lizinq verənin mülkiyyət hüququ saxlandığından, sığortalamanı lizinq alanın müraciəti ilə şərtləndirmək əmlakın mülkiyyətçisi kimi lizinq verənin iqtisadi maraqları ilə uzlaşmır. Belə ki, sığorta ödənişindən məhz mülkiyyətçi olaraq lizinq verən faydalanacaqdır. Ona görə də lizinq alanın əmlakı sığortalamaq üçün lizinq verənə müraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamilə əsassız və ədalətsiz olardı.
Ali Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhv olmuş və ya sıradan çıxmış əmlak üçün lizinq ödənişi tələb etmək, Mülki Məcəllənin 748.10.1-ci maddəsinə də zidd olmaqla, lizinq hüquqi institutunun təbiəti ilə uzlaşmır.
11:31 / 27 May 2026
1
11:29 / 27 May 2026
10
11:23 / 27 May 2026
28
11:13 / 27 May 2026
27
11:11 / 27 May 2026
50
11:09 / 27 May 2026
41
11:02 / 27 May 2026
52
10:53 / 27 May 2026
57
10:45 / 27 May 2026
183
10:40 / 27 May 2026
72
10:35 / 27 May 2026
93
10:24 / 27 May 2026
75
10:17 / 27 May 2026
66
10:10 / 27 May 2026
65
10:09 / 27 May 2026
89
10:06 / 27 May 2026
105
09:55 / 27 May 2026
55
09:52 / 27 May 2026
976
09:47 / 27 May 2026
73
09:42 / 27 May 2026
90
09:40 / 27 May 2026
66
09:32 / 27 May 2026
273
09:25 / 27 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.