Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
866
26.09.2025, 12:33
Azərbaycanda həyata keçirilən hüquqi islahatlar və dövlət suverenliyinin təminatında prokurorluq orqanlarının roluna dair maarifləndirilmə məqsədilə sentyabrın 26-da Bakı şəhər prokurorluğunda "Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" mövzusunda seminar təşkil olunub.
Oxu24.com xəbər verir ki, tədbirdə Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşları, ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, habelə media nümayəndələri iştirak ediblər.
Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov bildirib ki, seminarın əsas məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin peşəkar inkişafına dəstək vermək, prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq və cəmiyyətdə hüquqi maarifləndirməni artırmaqdır.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov seminar iştirakçılarına hüquqi maarifləndirmənin önəmini, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışları, həmçinin cəmiyyətlə effektiv əlaqələrin prokurorluğun fəaliyyətindəki rolunu diqqətə çatdırıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli "Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçilik tarixində yeni mərhələ və Prokurorluğun dövlət suverenliyinin təminində rolu" mövzusunda çıxış edib. O "Konstitusiya və Suverenlik ili" çərçivəsində prokurorluq fəaliyyətinin prioritet istiqamətlərini xüsusi vurğulayıb, dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının hüquqi və praktiki funksiyalarını izah edib.
Eyni zamanda, hüquqi nəzarət mexanizmlərinin rolu, qanunun aliliyinin təmin olunması üçün prokurorluq tərəfindən tətbiq olunan prosedurlar və istintaq proseslərinin səmərəliliyi barədə iştirakçılara geniş təqdimat verilib.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kafedra rəisi, dosent, hüquq üzrə fəlsəfə doktoru Səyyad Ağayev dövlətçilik ənənələrinin möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin zəruriliyini, prokurorluğun bu istiqamətdə mühüm rolunu diqqətə çatdırıb.
Seminar interaktiv formatda davam edib. Tələbələr çıxışçılara hüquqi sahədə suallar ünvanlayaraq ətraflı cavablar əldə ediblər. Eyni zamanda, seminar zamanı prokurorluq işinin praktiki nüansları, vətəndaş müraciətlərinə baxılması və ictimaiyyətlə əlaqələrin təşkili sahəsində real təcrübələr təqdim olunub.
01:20 / 12 Oktyabr 2026
554
01:15 / 12 Oktyabr 2026
102
00:50 / 12 Oktyabr 2026
110
00:40 / 12 Oktyabr 2026
1418
00:40 / 12 Oktyabr 2026
112
00:38 / 12 Oktyabr 2026
190
00:36 / 12 Oktyabr 2026
144
00:35 / 12 Oktyabr 2026
156
00:17 / 12 Oktyabr 2026
488
23:55 / 11 Oktyabr 2026
124
23:50 / 11 Oktyabr 2026
899
23:43 / 11 Oktyabr 2026
89
23:37 / 11 Oktyabr 2026
88
23:30 / 11 Oktyabr 2026
2092
23:21 / 11 Oktyabr 2026
210
23:09 / 11 Oktyabr 2026
604
23:02 / 11 Oktyabr 2026
130
22:49 / 11 Oktyabr 2026
712
22:46 / 11 Oktyabr 2026
137
22:28 / 11 Oktyabr 2026
1972
22:25 / 11 Oktyabr 2026
188
22:22 / 11 Oktyabr 2026
888
22:19 / 11 Oktyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.