Adınıza saxta kredit rəsmiləşdirilibsə, nə etməlisiniz? – Vəkildən vacib açıqlama
19 Avqust 2026, 13:10
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
456
03.06.2025, 11:12
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, işin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb.
Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə yetərli sübut təqdim etmədiyini əsas gətirərək ərizəni təmin etməyiblər. Bundan sonra ərizəçi Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə qəbul etdiyi qərarında qeyd edib ki, “Müflisləşmə və iflas haqqında” Qanunun qeyd olunan tələblərinə görə, məhkəməyə iflas haqqında ərizə ilə istənilən fiziki şəxs deyil, yalnız öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar müraciət edə bilər.
Eyni zamanda “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 və 10-cu maddələri və Vergi Məcəlləsinin 13.2.37 və 33.3-cü maddələrində müəyyən edilir ki, fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirməsi üçün vergi orqanlarında qeydiyyatdan keçməli və VÖEN əldə etməlidir. Yalnız bundan sonra fiziki şəxs fərdi sahibkar statusunu əldə edir. Ərizəçi isə aktiv VÖEN-i mövcud deyil və özü də kommersiya fəaliyyətini qeydiyyata alınmadan həyata keçirdiyini bildirir. Bu hal onun fərdi sahibkar kimi hüquqi statusa malik olmadığını təsdiq edir. Belə olan halda, o, “Müflisləşmə və iflas haqqında” Qanunu ilə müəyyən edilən subyektlər sırasına aid deyildir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin isə “Müflisləşmə və iflas haqqında” Qanun çərçivəsində müflis elan olunması mümkün deyil. Bu qanun yalnız hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə şamil olunur.
Buna görə də ərizəyə mahiyyəti üzrə baxılmalı deyil, çünki ərizəçi “Müflisləşmə və iflas haqqında” Qanunda nəzərdə tutulmuş subyektlərdən biri deyildir. Bu səbəbdən iş üzrə məhkəmə icraatı qanuni əsaslara malik olmayıb və işə mahiyyəti üzrə baxılması prosessual normaların pozulması ilə nəticələnib. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, belə hallar olduqda məhkəmə iş üzrə icraata xitam verməlidir.
Yekunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilib.
16:19 / 19 Avqust 2026
10
15:59 / 19 Avqust 2026
42
15:56 / 19 Avqust 2026
33
15:54 / 19 Avqust 2026
58
15:45 / 19 Avqust 2026
55
15:36 / 19 Avqust 2026
62
15:30 / 19 Avqust 2026
59
15:11 / 19 Avqust 2026
66
15:10 / 19 Avqust 2026
62
14:50 / 19 Avqust 2026
59
14:49 / 19 Avqust 2026
68
14:44 / 19 Avqust 2026
80
14:30 / 19 Avqust 2026
75
14:24 / 19 Avqust 2026
63
14:18 / 19 Avqust 2026
169
14:15 / 19 Avqust 2026
71
14:05 / 19 Avqust 2026
54
13:59 / 19 Avqust 2026
70
13:45 / 19 Avqust 2026
65
13:37 / 19 Avqust 2026
68
13:30 / 19 Avqust 2026
58
13:10 / 19 Avqust 2026
71
13:06 / 19 Avqust 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.