Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib
12 Dekabr 2025, 17:29
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1214
26.05.2025, 13:46
Son günlər piyadanın qəflətən avtomibilin qarşısına çıxması səbəbindən avtomobilin sərt tormozlama aparması nəticəsində, arxadan gələn avtomobilin onunla toqquşması və s. formada baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın məsuliyyət məsələsi müzakirə obyektinə çevrilib.
İlk növbədə qeyd etmək lazımdır ki, bu kimi hallarda baş vermis yol-nəqliyyat hadisəsinin ictimai təhlükəli nəticələrinin təhlükəlilik dərəcəsindən asılı olaraq piyadalar üçün yalnız Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət məsuliyyətinin yaranmasına əsas verən alternativ ictimai təhlükəli nəticələr bunlardır:
1. Zərərşəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulması
2. Zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulması
3. Zərərçəkmiş şəxsin ölməsi
Yəni yol-nəqliyyat hadisəsi zamanı bu 3 nəticədən biri baş verməzsə piyadanın cinayət məsuliyyəti istisna olunur. Ancaq nəzərə almaq lazımdır ki, piyadanın qeyd edilən qanunsuz hərəkəti göstərilən nəticələrdən başqa ictimai təhlükəsizlik dərəcəsi az da olsa müxtəlif nəticələrə də səbəb ola bilər. Ola bilər ki, avtomobillərin toqquşması nəticəsində kiminsə sağlamlığına az ağır və ya ağır zərər vurulmasın yaxud kimsə ölməsin. Ancaq hadisə nəticəsində kiminsə avtomobilinə zərərin vurulması, eləcə də sağlamlığına az ağır və ağır olmasa da yüngül zərərin vurulması mümkündür.
Bu barədə Oxu24.com saytına açıqlama verən vəkil Sadiq Əfəndiyev bildirib ki, ümumi qaydaya görə ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin təsiri dairəsindən kənara çıxan əməllər, yəni nisbətən az ictimai təhlükə doğuran əməllər İnzibati Xətalar Məcəlləsinin təsiri altına düşür və həmin Məcəllədə nəzərdə tutulmuş qaydada tənbeh edilir (cəzalandırılır).
Həmçinin oxuyun
Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində nəzərdə tutulmuşdur. Maddədə piyadalardan başqa digər subyektlərin - velosipedçilər, mopedi və kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər, at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən şəxslərin də məsuliyyəti müəyyən edilmişdir. Həmin Məcəllə bir qayda olaraq yol hərəkəti qaydalarının pozuntusu halında sağlamlığa yüngül bədən xəsarətinin və maddi zərərin vurulub vurulmamasından asılı olaraq subyektin məsuliyyət məsələsini müxtəlif formada həll edir. Belə ki, göstərilən nəticələrə səbəb olmayan inzibati xətaya görə, yəni sadə pozuntuya görə subyektin barəsində yüngül, səbəb olan inzibati xətaya görə isə nisbətən ağır inzibati tənbeh tətbiq edilir. Məsələn, Məcəllənin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə mal-qaranı ötürən şəxslər 40 manat məbləğində cərimə edilirsə, onların bu hərəkətləri zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda Məcəllənin 338.10-cu maddəsinə əsasən iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Bununla belə sözü gedən 338-ci maddədə piyadaların və sərnişinlərin məsuliyyəti baş vermiş nəticələrdən asılı olaraq fərqləndirilməmiş, onlar üçün yalnız pozuntunun sadə formasına görə yüngül inzibati tənbeh nəzərdə tutulmuşdur. Məsələn, Məcəllənin 338.1.2-ci maddəsində yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə piyadanın 20 manat məbləğində cərimə edilməsi nəzərdə tutulsa da, həmin inzibati xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə hər hansı əlavə məsuliyyət müəyyən edilməmişdir.
Bu o deməkdir ki, piyadanın qanunsuz hərəkəti nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına və əmlakına zərərin dəyib dəyməməsi qanun üçün əhəmiyyət kəsb etməmişdir.
Hesab edirəm ki, belə halda söhbət yalnız qanunda boşluqdan gedə bilər. Qanunda olan bu boşluq isə İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsinə piyadalar və sərnişinlərin ağırlaşdırıcı hallarda məsuliyyətini müəyyən müvafiq əlavələr edilməklə qanunvericilik orqanı tərəfindən aradan qaldırılmalıdır.
Miri Məcidli
14:38 / 13 Dekabr 2025
1
14:28 / 13 Dekabr 2025
18
14:22 / 13 Dekabr 2025
19
14:12 / 13 Dekabr 2025
92
13:14 / 13 Dekabr 2025
405
13:07 / 13 Dekabr 2025
198
12:58 / 13 Dekabr 2025
114
12:16 / 13 Dekabr 2025
782
12:08 / 13 Dekabr 2025
89
11:44 / 13 Dekabr 2025
67
11:30 / 13 Dekabr 2025
75
11:09 / 13 Dekabr 2025
851
11:07 / 13 Dekabr 2025
378
10:25 / 13 Dekabr 2025
1058
09:15 / 13 Dekabr 2025
859
09:06 / 13 Dekabr 2025
557
08:45 / 13 Dekabr 2025
126
08:37 / 13 Dekabr 2025
152
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1099
00:01 / 13 Dekabr 2025
741
23:20 / 12 Dekabr 2025
667
23:12 / 12 Dekabr 2025
126
22:41 / 12 Dekabr 2025
16367
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.