Adınıza saxta kredit rəsmiləşdirilibsə, nə etməlisiniz? – Vəkildən vacib açıqlama
19 Avqust 2026, 13:10
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
401
22.05.2025, 12:05
Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 10 iyun tarixində keçirilməsi planlaşdırılır.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, iclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.
Müzakirənin məqsədi:
Məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması məqsədi ilə aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi.
Mövzu üzrə müzakirəyə təqdim edilən suallar:
1. Qanunla qorunan qeyri-maddi nemətlərlə (həyat, sağlamlıq, bədən toxunulmazlığı, şəxsiyyət, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuz, fikir, söz və vicdan azadlığı, ad, şəxsi və ailə sirri və s.) yanaşı, qanunla qorunmayan qeyri-maddi nemətlərin də (dostluq, sevgi, etibar, güvən, vicdan rahatlığı, diqqət, xatirələr, adət, ənənə və s. kimi əxlaqi və sosial dəyərlər) məhkəmə müdafiəsinin, habelə, onlara müdaxilə halında mənəvi zərərin ödənilməsinin mümkünlüyü;
2. Fiziki şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənəvi və (və ya) fiziki bütövlüyünü zədələyən sarsıntı və (və ya) iztirabların xüsusiyyətləri; yaranmış mənəvi zərərin həcminin müəyyən edilməsi meyarları;
3. Əmlak hüquqlarının və ya müqavilə öhdəliklərinin pozulması mənəvi zərərin yaranma əsası kimi; əsasların mövcudluğu halında, müqavilədən irəli gələn öhdəliklərin pozulması nəticəsində yaranan mənəvi zərərin ödənilməsi tələblərinin maddi hüquqi əsası;
4. Mənəvi zərərin ödənilməsi tələblərində prezumpsiya və sübutetmə; qanuni və faktiki prezumpsiyanın xüsusiyyətləri;
5. Mənəvi zərərin ödənilməsində təqsirsiz məsuliyyətin növləri: zərər vurmayan şəxsin və zərərvuranın (obyektiv surətdə hüquqazidd əməl üçün) təqsirsiz məsuliyyətinin Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələri baxımından fərqləndirilməsi;
6. Mənəvi zərərin əvəzinin ödənilməsində hüquqi varislik;
7. Mənəvi zərərin, habelə, işgüzar nüfuzun ləkələnməsinə görə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələblərində iddia müddəti;
8. Mülki-prosessual qanunvericilik baxımından, mənəvi zərərin ödənilməsi tələblərinin qiymətləndirilən və ya qiymətləndirilməyən iddialara aidiyyəti;
9. Şərəf, ləyaqət, işgüzar nüfuzu ləkələyən, habelə, şəxsi toxunulmazlıq hüququna müdaxilə edən məlumatların, habelə ifadələrin audiovizual, onlayn media və digər kanallar vasitəsilə canlı yayımda yayılmasına görə media subyektlərinin məsuliyyəti;
10. İşgüzar nüfuza vurulmuş zərərin ödənilməsini istisna edən qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələrin xüsusiyyətləri;
11. Mənəvi zərərin ödənilməsi üsulu qismində zərərvuranın üzərinə şifahi və yazılı formada üzr istəmə vəzifəsinin qoyulmasının onun fikir azadlığı, şəxsi toxunulmazlıq və insan ləyaqətinin müdafiəsi hüquqlarının mütənasibliyi baxımından yolverilənliyi;
12. İnzibati orqanların, onların vəzifəli şəxslərinin vurduqları mənəvi zərərin ödənilməsinin, habelə, mənəvi zərərin vurulmasına əsas olan hüquqazidd əməllərin xüsusiyyətləri;
Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə hüquqşünaslar, psixoloqlar və media sahəsində ixtisaslaşmış ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.
Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən ekpertlərin 10 iyun tarixədək [email protected] elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Həmçinin mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə edilir.
Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.
19:50 / 19 Avqust 2026
42
19:27 / 19 Avqust 2026
53
17:59 / 19 Avqust 2026
77
17:50 / 19 Avqust 2026
77
17:32 / 19 Avqust 2026
88
17:12 / 19 Avqust 2026
92
16:49 / 19 Avqust 2026
86
16:38 / 19 Avqust 2026
74
16:19 / 19 Avqust 2026
92
15:59 / 19 Avqust 2026
85
15:56 / 19 Avqust 2026
67
15:54 / 19 Avqust 2026
113
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
108
15:30 / 19 Avqust 2026
86
15:11 / 19 Avqust 2026
100
15:10 / 19 Avqust 2026
83
14:50 / 19 Avqust 2026
84
14:49 / 19 Avqust 2026
93
14:44 / 19 Avqust 2026
112
14:30 / 19 Avqust 2026
106
14:24 / 19 Avqust 2026
85
14:18 / 19 Avqust 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.