Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1085
13.03.2025, 15:05
Ali Məhkəmə icarə müqaviləsinin ləğvi məsələsi ilə bağlı qərar verib.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən bildirilib.
Məlumata qeyd olunub ki, işin hallarına görə, iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə bağladığı 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsini, həmin müqavilədən irəli gələn borc məbləğlərinin tutulması, icarə obyektinin boşaldılaraq ona təhvil verməsini xahiş edib.
Birinci instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə işin icraatına xitam verib, digər tələblərə mahiyyəti üzrə baxaraq onları qismən təmin edib. Məhkəmə icraata xitam vermə barədə mövqeyini belə əsaslandırıb ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 05 dekabr tarixində cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən cavabdeh MMC, əleyhinə yaranmış hüquqi vəziyyətə (ləğv faktının tanınmasına) görə məhkəmə aktından şikayət verib, lakin apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb.
Ali Məhkəmənin Kommersiya kollegiyası isə hesab edib ki, məhkəmələr tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməyib. Belə ki, hər iki instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə icraata xitam verilməsini MPM-nin 261.0.1-ci maddəsi ilə əsaslandırıblar. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
Həmçinin oxuyun
Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhkəmənin vəzifəsidir.
Müqavilənin ləğvi məsələsinə icarə obyektinin boşaldılması tələbinə mahiyyəti üzrə baxılacağı zaman qiymət veriləcəyini qeyd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəyə mindikdə müqavilənin ləğvinin yenidən müzakirə edilməsinin və ona hüquqi qiymət verilməsinin prosessual baxımdan mümkünlüyü ciddi sual doğuracaq. Digər tərəfdən, qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda məhkəmə aktları arasında ziddiyyətin meydana gəlməsi istisna edilmir.
Məhkəmə kollegiyası qərara alıb ki, kassasiya şikayəti təmin edilsin. Apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.
19:36 / 14 Dekabr 2025
1
19:27 / 14 Dekabr 2025
28
19:22 / 14 Dekabr 2025
18
18:57 / 14 Dekabr 2025
1089
17:55 / 14 Dekabr 2025
580
16:45 / 14 Dekabr 2025
1034
15:41 / 14 Dekabr 2025
815
15:09 / 14 Dekabr 2025
76
14:56 / 14 Dekabr 2025
163
14:08 / 14 Dekabr 2025
2042
13:58 / 14 Dekabr 2025
102
13:27 / 14 Dekabr 2025
118
13:18 / 14 Dekabr 2025
97
13:09 / 14 Dekabr 2025
131
12:54 / 14 Dekabr 2025
510
12:18 / 14 Dekabr 2025
1053
12:06 / 14 Dekabr 2025
2243
11:38 / 14 Dekabr 2025
106
11:30 / 14 Dekabr 2025
762
11:22 / 14 Dekabr 2025
83
10:43 / 14 Dekabr 2025
1104
10:33 / 14 Dekabr 2025
131
10:20 / 14 Dekabr 2025
114
09:40 / 14 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.