Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1606
10.05.2019, 16:20
Oxu24.com xəbər verir ki, Sosial şəbəkələrdə yayımlanan videonu şəxsi feysbuk profilində paylaşdığı üçün işdən çıxarılan tibb işçisi hüquqlarının pozulduğunu iddia edərək Femida.az saytına müraciət edib.
Həmçinin oxuyun
“Biz hüquqi dövlətdə yaşayırıq. Ölkə başçısının son günlər məhkəmə-hüquq sistemində apardığı islahatları görürüəm. Ümid edirəm ki, mənə qarşı ədalətsiz qərar çıxarmış hakimlə bağlı qanun çərçivəsində tədbir görüləcək. Qanunsuz olaraq işdən çıxarılmağımla bağlı məhkəməyə müraciət etdim. Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyevanın sədrliyi ilə baş tutan məhkəmədə bizim sözümüz dinlənilmədən şikayətimiz rədd edildi. Məhkəmə başlamazdan əvvəl baş həkim Rauf Nağıyev bizə bildirmişdi ki, onsuzda qərar onun xeyrinə olacaq. Mən başa düşmədim. Məhkəmə qərarını əvvəlcədən necə bilmək olar?.Buna görə də pozulan hüquqlarım bərpa olunana qədər bu məsələnin arxasınca gedəcəm. Mən qanunlarla idarə olunan bir ölkənin vətəndaşıyam. Məni və hüquqlarımı qanunlar və güc sturkturları qoruyur.”
İşdən çıxarılan tibb işçisinin sözlərinə görə, ona təyziq vasitəsi kimi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev tərəfindən şərəf və ləyaqətin təhqiri və işgüzar nüfuza xələl gətirməni əsas gətirərək məhkəməyə verilib.
“Qanunsuz olaraq işdən çıxarıldıqdan sonra yuxarı qurumlara Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasında baş vermiş nöqsanlarla bağlı müraciət etdim. Müraciətimdə sadaladığım hallar arasında təsərrüfat mallarının işçilərə verilməməsi, təcili tibbi yardım həkimlərində lazımı dərmanların tam miqdarda olmaması,adi təmir işlərinin işçilər tərəfindən edilməsi, iş yerində dərman, sabun və digər təsərrüfat mallarının işçilərin pulu hesabına alınması barədə yazmışdım. Bu reallıqdır. Yoxlama gəlsə, bütün bunların həqiqət olduğunu üzə çıxaracaq. Ümid edirəm ki, Səhiyyə Nazirliyi mənim bu müraciətimi obyektiv şəkildə araşdıracaq.
Bu müraciəti etdiyimə görə, Rauf Nağıyev məni məhkəməyə verib.Mayın 10-da Xəzər Rayon Məhkəməsində hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə iclas olacaq.”
Qeyd olunan ittihamlarla bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxlamaq istəsək də telefon zənglərinə cavab vermədi.
Mövzu ilə bağlı Femida.az -a açıqlama verən vəkil Vüqar Səfərli bildirib ki, mövcud vəziyyətdə tibb işçisinin işdən çıxarılması qanunsuzdur.Vətəndaş məhkəmənin qərarından narazı olduğu halda Apellyasiya şikayəti vermək hüququna malikdir.
"Hesab edirəm ki, şəxsi facebook profilində paylaşılan bir posta görə, işçini ağır maddə ilə işdən çıxarmaq qanunun tələblərinə ziddir.
19:36 / 14 Dekabr 2025
1
19:27 / 14 Dekabr 2025
28
19:22 / 14 Dekabr 2025
18
18:57 / 14 Dekabr 2025
1089
17:55 / 14 Dekabr 2025
580
16:45 / 14 Dekabr 2025
1034
15:41 / 14 Dekabr 2025
815
15:09 / 14 Dekabr 2025
76
14:56 / 14 Dekabr 2025
163
14:08 / 14 Dekabr 2025
2042
13:58 / 14 Dekabr 2025
102
13:27 / 14 Dekabr 2025
118
13:18 / 14 Dekabr 2025
97
13:09 / 14 Dekabr 2025
131
12:54 / 14 Dekabr 2025
510
12:18 / 14 Dekabr 2025
1053
12:06 / 14 Dekabr 2025
2243
11:38 / 14 Dekabr 2025
106
11:30 / 14 Dekabr 2025
762
11:22 / 14 Dekabr 2025
83
10:43 / 14 Dekabr 2025
1104
10:33 / 14 Dekabr 2025
131
10:20 / 14 Dekabr 2025
114
09:40 / 14 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.