Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ!Müdafiə Nazirliyi təkzib etdi: "Ermənistanla qarşılıqlı əlaqəni yaradan..."

2018-11/1541510215_mudafie-nazirliyi.jpg

HƏRBİ

1019

06.11.2018, 17:17

\"\" Ermənistan müdafiə naziri David Tonoyan bu gün sensasion bəyanatla çıxış edib. Məlumatda qeyd olunur ki, Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.
Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlaması ilə bağlı Müdafiə Nazirliyindən Femida.az -ın sorğusuna cavab olaraq bildiriblər: Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan müdafiə nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil. Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil.