Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan qırıcılarını Türkiyəyə yolladı

2018-08/1535737603_qirici.jpg

HƏRBİ

1225

31.08.2018, 21:49

\"\" Oxu24.com-a Müdafiə Nazirliyindən daxil olan məlumatda qeyd edilir ki,  Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq \"TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin iki ədəd \"MiQ-29” qırıcı və üç ədəd \"Su-25” hücum təyyarələri iştirak edəcək.\"\"