Qaynar xətt:

(+99450) 247 90 86

128 gündür komada olan Tacəddin vəfat etdi

128 gündür komada olan Tacəddin vəfat etdi

HƏRBİ

2907

12.02.2021, 22:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən Müharibəsində yaralanan və dörd aydan çox komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.

Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub.

Vətən Müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 

Allah rəhmət eləsin!