Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1829
07.02.2021, 14:46
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atıb.
Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın yüksək Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə də görüşüblər.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.