Qaynar xətt:

(+99450) 247 90 86

Hərbçilərimiz “Qış təlimi-2021”də yüksək peşəkarlıq nümayiş etdirirlər - VİDDEO - FOTO

Hərbçilərimiz “Qış təlimi-2021”də yüksək peşəkarlıq nümayiş etdirirlər - VİDDEO - FOTO

HƏRBİ

2076

04.02.2021, 23:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Respublikasında keçirilən "Qış təlimi-2021"-də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən Oxu24.com-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər. Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.