Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2916
03.02.2021, 09:35
44 günlük müharibədə Ermənistanın Lələtəpə əməliyyatının yeni təfərrüatları məlum olub.
Oxu24.com xəbər verir ki, Nikol Paşinyan komandirlərə “Lələtəpəni tuta biləsniz, sizi qəhrəman adı ilə mükafatlandıracam” deyib.
Hücum zamanı Azərbaycan ordusu düşmənin strateji yüksəkliyə yaxınlaşmasına imkan yaradıb. Ardınca ağır zərbələrlə erməni hərbi birliyini məhv edib.
Ermənilər mənbələr bu hücumda Ermənistanın 830 hərbçisini itirdiyini yazırlar.
Qeyd edək ki, bir neçə gün öncə erməni teleqram kanalları Lələtəpə əməliyyatı ilə bağlı yazmışdı.
Məlumata görə, müharibənin getdiyi günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan Lələtəpəyə hücum əməliyyatı hazırlayıb. Lakin separatçıların “müdafiə naziri”, müharibənin gedişində ordumuzun dəqiq atəş zərbəsi ilə ağır yaralı olaraq sıradan çıxardığı Cəlal Arutyunyan bu əməliyyata qarşı çıxıb. O, bu əməliyyatın strateji planda faydasız olduğunu, belə bir hücumun Paşinyanın şəxsi marağına xidmət etdiyini deyib. Beləliklə, Tonoyanla Arutyunyan arasında mübahisə yaranıb. Şahidlər danışırlar ki, hətta onlar əlbəyaxa davaya çıxıblar. Əməliyyatın müzakirəsi zamanı Paşinyanın arvadı Anna Akopyan da qərargahda olub. Anna da Tonoyan kimi Lələtəpənin işğal edilməsində təkid edirmiş. Son olaraq, Tonoyan və Annanın istəyi olub. Erməni hərbçilər 2016-cı ilin “aprel müharibəsi”ndə azad edilən Lələtəpənin yenidən işğalı üçün hücuma keçiblər. Lakin Azərbaycan Ordusunun cavab zərbəsi ilə ağır itkilər verərək, geri çəkilməyə məcbur olublar.
İndi məlum olur ki, Ermənistan tərəfi bu hücumda 830 hərbçi qurban verib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.