Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
3064
26.01.2021, 20:29
"Nikol Paşinyan və komandası Qarabağ məsələsinin həllini Ermənistan iqtisadiyyatına sürətli investisiyaların qorunub saxlanmasının və möhkəmlənməsinin qarantı kimi gördü”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş nazirinin müavini Armen Gevorqyan "Alternativ Layihələr" nəşrinə verdiyi Qarabağdakı müharibənin səbəbləri və erməni tərəfinin məğlubiyyəti ilə bağlı təhlillərini təqdim etdiyi geniş bir məqalədə yazıb.
Ermənistan rəhbərliyinin strateji səhvlərindən danışan Gevorqyan qeyd edib ki, Paşinyanın hakimiyyətdə olduğu illərdə bir neçə strateji səhv etdiyinə dair nəticəyə gəlib. Bu səhvlər də hazırda məlum olan nəticələrə gətirib çıxarıb.
O, Paşinyanın Qarabağ məsələsində "sürətli və dinc həll yolu"na getməsini ilk səhv hesab edir. Baş nazir belə qərara Qərbin inqilabdan sonrakı Ermənistanı “azad” etməyəcəyi məlum olandan sonra gəlib. İkinci səhv isə Paşinyan və komandasının Qarabağ məsələsinin detallarını ictimaiyyətdən gizlətməsi və barışıq üçün ictimai rəy hazırlamamasıdır.
Gevorqyan Paşinyanın iki stula oturmaq cəhdlərini üçüncü səhvi adlandırıb. O, baş nazirin strateji tərəfdaş məsələsində düzgün seçim edə bilmədiyini düşünür.
Xusuilə, Qərbin bəzi ani vədlərinə görə Rusiya ilə illərdir qurulan münasibətləri soyutmağa başlaması buraya daxildir:
“Paşinyan və onun komandası Ermənistandakı Rusiyapərəst düşüncəli işgüzar elitanın imkanlarını məhdudlaşdırmağa, onları "köhnə hakimiyyətin şəriki" kimi qələmə verməyə başlayır, paralel olaraq Qərb tərəfdaşları Paşinyan hökuməti üçün maliyyə yastıqları yaradırlar. 2019-cu ilin aprel-may aylarında Dünya Bankı və BVF Ermənistana 500 milyon kredit ayırmaq üçün bir layihə hazırlayır”.
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.