Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41267
az

Rus sülhməramlılarının orada olması o demək deyil ki, ordumuz... - Deputat

23:4410 Noyabr, 2020
538
HƏRBİ
  • A

“Sazişi çox yüksək səviyyədə dəyərləndirirəm. Sazişdə elə maddələr əks olunub ki, bizim xəyalımıza gəlməyən maddələrdir. Bu, qalibiyyət sazişidir, buna sülh sazişi demək olmaz. Bu, düşmənimizin məğlubiyyət sazişidir”.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

 

O bildirib ki, 30 ildə Dağlıq Qarabağın muxtar statusunu ləğv etmək ağlımıza gəlməyib:

“Təbii ki, o, möhtərəm Prezidentimizin ağlına gəlirdi. Bu planı 17 ildə cızmışdı. Biz parlament səviyyəsində müxtəlif tədbirlərdə olanda Dağlıq Qarabağa dünyadakı nəinki ən yüksək muxtariyyət statusu, hətta mövcud olmayandan üst səviyyədə muxtariyyət verilməsini tələb edirdilər. Bu, həqiqətən də əvəzi olmayan bir maddədir”.

M.İbrahimqızı nəzərə çatdırıb ki, Sovet dövründə torpaqlarımızın çoxu Ermənistana əsassız verilib: “1929-cu ildə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan əsassız olaraq Meğrini və ətraf kəndləri Ermənistana verdi, Naxçıvan Azərbaycandan ayrı düşdü. Bu sazişə Naxçıvanın öz “anasına qovuşmaq” maddəsi əlavə olundu. Yəni, artıq Naxçıvanla quru yolla əlaqə yarandı. Bu maddə çox böyük siyasi, iqtisadi, tarixi və hüquqi əhəmiyyətə malikdir”.

Millət vəkilinin sözlərinə görə, bu sazişdə Azərbaycanın ən böyük nailiyyətlərindən biri də Türkiyənin sülhməramlı mərkəzində yer almasıdır: “Ermənilər 200 ildən artıqdır başımıza yüz oyun açıblar, Xocalı soyqırımını törədiblər. Amma insan duyğuları ilə yox, obyektiv, hüquq çərçivəsində düşünməlidir. Biz Azərbaycan vətəndaşları olan erməniləri qova bilmərik. Onlara deməliyik ki, heç bir muxtariyyətdən söz gedə bilməz, istəyirsən yaşa, istəmirsən yaşama. Söz sahibi, güclü bizik. Amma buna baxmayaraq, biz bu prosesdə Türkiyənin rolunu tələb etdik. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşıdırlar, amma biz nə qədər desək də, təhlükəsizliyiniz təmin olunacaq, bizə güvənmirlər. Onların da zəmanət verən ölkə Rusiyadır. Ona görə Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizi olacaq. Onlar ermənilərin təhlükəsizliyi üçün cavabdeh olacaqlar. Amma Laçın dəhlizinə biz də nəzarət edəcəyik. Rusiya sülhməramlılarının orada olması o demək deyil ki, orada Azərbaycan Ordusu olmayacaq. Hazırda əsgərimiz də oradadır”.

“Sentyabrın 27-dən bəri Türkiyə hər zaman bizim yanımızda oldu. Yəni bundan sonra Türkiyənin iştirakı olmadan sülhməramlı qüvvələrin olması qeyri-mümkündür”, - M.İbrahimqızı əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada heç bir ABŞ raketi olmayacaq...
HDQ kursantları tapşırıqlar icra ediblər - VİDEO
Amerika yeni lazer silahları hazırlayır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ