Qaynar xətt:

(+99450) 247 90 86

Düşmən geri çəkilib - Müdafiə Nazirliyi məlumat yaydı

Düşmən geri çəkilib - Müdafiə Nazirliyi məlumat yaydı

HƏRBİ

880

05.11.2020, 09:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
APA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Günün videosu!