İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA
21 May 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
664
04.11.2020, 15:07
Ermənistan mətbuatı bir neçə gündür ki, Qarabağın döyünən ürəyi olan Şuşa şəhəri uğrunda gərgin döyüşlərin getdiyini yazır.
Oxu24.com-un məlumatına görə, hətta məşhur erməni jurnalistlərdən birinin sosial şəbəkələrdə öz rəhbərlərinə ünvanladığı “Azərbaycan Ordusu Şuşa qalasına nə vaxt yaxınlaşdı ki, bizim xəbərimiz olmadı?” kimi acıqlı sualı ciddi etirazla qarşılanmışdı. Ermənilər qısa zamanda ordumuzun Qarabağda bu qədər dərinliyə girməsindən heyrətlərini gizlətmirlər.
Dünən isə Azərbacan ərazilərinə qanunsuz gedərək, dezinformasiyalar yayan “WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi “jurnalist” Semyon Peqov Şuşa ətrafında gedən döyüşlərlə bağlı videoreportaj yayıb. Videoda cəfəng dolu fikirlər səsləndirən Peqov ordumuzun gücünü həzm edə bilmədiyini göstərib.
Əvvəllər guya ermənilərin Hadrutu geri qaytarması barədə “fake” videolar paylaşan Peqov indi acizanə şəkildə deyir:
“Azərbaycan ordusu hazırda intensiv şəkildə Şuşadakı səngərləri atəşə tutur. İndi döyüşlərin getdiyi bu istiqamət Şuşanın açarı sayılır”.
O, daha sonra “Şuşa Administrasiyasının aparat rəhbəri” Qrişa Ohanesyandan açıqlama alıb.
Maraqlıdır ki, Ohanesyan daha çox qəmli görünüşlə ordumuzun peşəkarlığından söz açıb:
“Azərbacanlılar bu istiqamətdə xeyli canlı qüvvə toplayıblar. Xüsusilə də buraya cəmləşdirilən ordu bölmələri digərlərindən fərqlənir. Görünən odur ki, onlar döyüşlərə çox yaxşı hazırlıqlı gəliblər. Hazırda azərbaycanlılar elə-belə irəliləmirlər”.
Bu faktın özü bir daha onu göstərir ki, artıq ordumuzun qısa zamanda Qarabağda uğurla irəliləməsindən təşviş keçirən ermənilər Azərbaycanın gücünü aşkar şəkildə etiraf etməyə başlayırlar.
Qrişa Ohanesyan kimilər həm də bu həqiqəti indidən boşuna kamera önündə acizanə şəkildə etiraf etmirlər. Sabah erməni cəmiyyəti soruşanda ki, “Şuşa niyə itirildi?”, bu qınağın qarşısında desinlər ki, Azərbaycan ordusu güclü idi…
14:43 / 24 May 2026
1
14:36 / 24 May 2026
53
14:30 / 24 May 2026
89
14:23 / 24 May 2026
62
14:18 / 24 May 2026
50
14:08 / 24 May 2026
49
14:06 / 24 May 2026
549
14:03 / 24 May 2026
56
13:38 / 24 May 2026
86
13:06 / 24 May 2026
86
12:47 / 24 May 2026
79
12:22 / 24 May 2026
190
11:57 / 24 May 2026
187
11:40 / 24 May 2026
189
11:05 / 24 May 2026
118
11:03 / 24 May 2026
97
11:00 / 24 May 2026
109
10:32 / 24 May 2026
1096
10:25 / 24 May 2026
106
09:55 / 24 May 2026
278
09:38 / 24 May 2026
157
09:35 / 24 May 2026
493
09:27 / 24 May 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.