Qaynar xətt:

(+99450) 247 90 86

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub

HƏRBİ

512

03.11.2020, 08:54

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.