Qaynar xətt:

(+99450) 247 90 86

MN: “Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb”

MN: “Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb”

HƏRBİ

576

31.10.2020, 08:55

Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən bildirilib. "Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.
Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək", - deyə məlumatda bildirilir.