Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır - Separatçıların lideri bəyanat yaydı

Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır - Separatçıların lideri bəyanat yaydı

HƏRBİ

1154

29.10.2020, 21:58

Qarabağ separatçılarının lideri Araik Arutyunyan Azərbaycan Ordusunun Şuşaya hücum etdiyini bildirib.

Oxu24.com erməni KİV-inə istinadən bildirir ki, A. Arutyunyan deyib: “Onlar təkcə cəbhə boyu hədələmirlər, həm də Şuşa istiqamətində ciddi hərbi səylər göstərir, nəyin bahasına olursa – olsun bu şəhərə yiyələnmək istəyirlər”.

Qarabağ separatçılarının lideri bütün erməniləri birləşməyə və Şuşanı müdafiə etməyə çağırıb.

“Azərbaycan Ordusu buradan cəmi bir neçə kilometr məsafədədir. Maksimum beş”, – deyə Araik Arutyunyan Şuşadan etdiyi müraciətində bildirib.