Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə şəhid generalımız Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTOLAR

Türkiyədə şəhid generalımız Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTOLAR

HƏRBİ

656

28.10.2020, 21:59

Türkiyədə Bursa şəhərinin Osmanqazi rayonunda Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adı verilən parkın açılışı olub.

Oxu24.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, parkın açılışında Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar, Azərbaycanın Ankaradakı səfirinin məsləhətçisi Ruslan Abdullayev və digər rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Quran oxunub və şəhidə rəhmət diləyiblər.