Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
811
23.10.2020, 22:15
Ermənistan silahlı qüvvələrinin arsenalında olan taktik raket kompleksləri mərmilərinin əksəriyyəti köhnə sovet dövründən qalma məhsullardır.
Oxu24.com bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, bu mərmilərin böyük hissəsi uzun müddət anbarlarda saxlanılıb: "Həmin anbarlarda da bu sursatların yüksək səviyyədə saxlanılması təmin edilməyib. Buna görə də hazırda biz şahidi oluruq ki, həmin raket mərmiləri olduqca keyfiyyətsizdir. Hazırda Ermənistan silahlı qüvvələrinin arsenalında taktiki adı "Elbrus" olan "SCAD" raket kompleksindən atılan mərmilərin böyük hissəsi hədəfə düzgün çatmır. Nəinki hədəfə çatmır, hətta düşdüyü yerdə də partlamır. "Elbrus" raketləri 60-cı illərin istehsalıdır və ötən 60 il ərzində həmin raketin effektivliyi o qədər də yüksək deyil".
R.Məmmədli bildirib ki, Ermənistan döyüş meydanında vəziyyətdən çıxa bilmədiyi üçün ikinci dünya müharibəsində məğlub duruma düşən Adolf Hitlerin yolunu gedir: "Onlar da döyüş meydanında itirdikləri mövqeləri və məğlubiyyətlərini yaşayış məntəqələrinə raket atmaqla sığortalamaq istəyirdi. Ermənistan da eyni yolu seçərək Azərbaycandan hansı yolla olursa-olsun qisas almaq istəyirlər. Bu, ümumiyyətlə müharibə cinayətidir. Hesab edirəm ki, Nikol Paşinyanın rəhbərliyi altında bu addımı atan Ermənistan dövləti hərbi cinayətkardır. Ermənistan hökumətinin bu addımlarına qarşı beynəlxalq qurumlar lazımi tədbir görməlidir. Proses belə davam edərsə, Azərbaycan Ordusu Ermənistanın daxilindəki raket birləşmələrinə qarşı əməliyyat tədbirləri həyata keçirmək məcburiyyətində qalacaq".
00:08 / 16 Noyabr 2026
156
23:41 / 15 Noyabr 2026
173
23:35 / 15 Noyabr 2026
270
23:32 / 15 Noyabr 2026
141
23:07 / 15 Noyabr 2026
519
22:43 / 15 Noyabr 2026
1198
22:34 / 15 Noyabr 2026
181
22:24 / 15 Noyabr 2026
150
22:05 / 15 Noyabr 2026
1210
21:57 / 15 Noyabr 2026
614
21:37 / 15 Noyabr 2026
1496
21:07 / 15 Noyabr 2026
1457
20:58 / 15 Noyabr 2026
685
20:55 / 15 Noyabr 2026
269
20:44 / 15 Noyabr 2026
458
20:39 / 15 Noyabr 2026
168
20:30 / 15 Noyabr 2026
196
20:09 / 15 Noyabr 2026
586
19:51 / 15 Noyabr 2026
578
19:37 / 15 Noyabr 2026
177
19:17 / 15 Noyabr 2026
180
19:09 / 15 Noyabr 2026
163
18:40 / 15 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.