Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi: Ermənilər fərarilik edərək mövqelərini tərk edirlər

Müdafiə Nazirliyi: Ermənilər fərarilik edərək mövqelərini tərk edirlər

HƏRBİ

675

23.10.2020, 09:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.
Bu barədə Oxu24.com Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.
Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.