İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA
21 May 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
503
19.10.2020, 15:27
Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.
Baş Prokurorluqdan Anews.az-a bildirilib ki, 18 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib Azərbaycan Respublikasının Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almışdır:
"Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə çalışmış, Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnmişdir.
Törədilmiş həmin cinayət nəticəsində neft ixrac edən və dağıdılması əhəmiyyətli maddi zərər vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaranmaqla infrastruktur obyektlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunmuşdur.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir".
14:55 / 23 May 2026
144
14:53 / 23 May 2026
61
14:51 / 23 May 2026
57
11:44 / 23 May 2026
78
11:41 / 23 May 2026
100
11:40 / 23 May 2026
81
10:08 / 23 May 2026
147
01:03 / 23 May 2026
264
00:16 / 23 May 2026
554
00:09 / 23 May 2026
495
00:06 / 23 May 2026
255
00:04 / 23 May 2026
190
00:00 / 23 May 2026
476
23:49 / 22 May 2026
175
23:45 / 22 May 2026
633
23:43 / 22 May 2026
426
23:38 / 22 May 2026
317
23:30 / 22 May 2026
271
23:30 / 22 May 2026
159
23:19 / 22 May 2026
180
23:18 / 22 May 2026
203
23:14 / 22 May 2026
216
23:02 / 22 May 2026
1024
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.