Səfərbərlik Xidməti Ucarda gənclər üçün tədbir keçirib
16 Noyabr 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
4636
20.09.2020, 11:34
Ermənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək yönündə fəaliyyətinə daha bir element daxil edib.
Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin “başçısı” bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin “parlamenti” Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq, “simvolik məna daşıyır.
Oxu24.com xəbər verir ki, bunu Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin “parlamentinin” Şuşa şəhərinə köçürülməsini şərh edərkən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin bildirib.
Onun sözlərinə görə, son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir.
Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.
Bəyan edirik ki, Azərbaycan Republikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistanın işğalında olan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək.
Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov və Prezident İlham Əliyev də açıqlamasında düşmənin yeni hücuma hazırlaşdığını bəyan edib.
Mövzu ilə bağlı videonu təqdim edirik:
15:18 / 16 Noyabr 2026
12
15:00 / 16 Noyabr 2026
44
14:30 / 16 Noyabr 2026
92
14:24 / 16 Noyabr 2026
79
14:19 / 16 Noyabr 2026
108
14:14 / 16 Noyabr 2026
79
14:10 / 16 Noyabr 2026
105
14:05 / 16 Noyabr 2026
85
14:00 / 16 Noyabr 2026
81
13:51 / 16 Noyabr 2026
126
13:47 / 16 Noyabr 2026
471
13:41 / 16 Noyabr 2026
113
13:40 / 16 Noyabr 2026
96
13:38 / 16 Noyabr 2026
212
13:35 / 16 Noyabr 2026
90
13:22 / 16 Noyabr 2026
112
13:16 / 16 Noyabr 2026
443
13:10 / 16 Noyabr 2026
135
13:06 / 16 Noyabr 2026
95
13:03 / 16 Noyabr 2026
102
13:01 / 16 Noyabr 2026
106
12:49 / 16 Noyabr 2026
104
12:44 / 16 Noyabr 2026
1058
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.