Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF
17 Noyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
834
04.06.2020, 11:44
Dövlət Sərhəd Xidməti (DSX) və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
DSX-dan Oxu24.com-a daxil olan məlumatda qeyd olunur ki, bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə müşavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.


15:35 / 18 Noyabr 2026
47
15:32 / 18 Noyabr 2026
53
15:28 / 18 Noyabr 2026
55
15:22 / 18 Noyabr 2026
60
15:16 / 18 Noyabr 2026
87
15:12 / 18 Noyabr 2026
76
15:09 / 18 Noyabr 2026
100
15:05 / 18 Noyabr 2026
252
15:02 / 18 Noyabr 2026
91
14:58 / 18 Noyabr 2026
108
14:52 / 18 Noyabr 2026
91
14:44 / 18 Noyabr 2026
405
14:33 / 18 Noyabr 2026
133
14:22 / 18 Noyabr 2026
98
14:18 / 18 Noyabr 2026
108
14:06 / 18 Noyabr 2026
97
13:56 / 18 Noyabr 2026
101
13:12 / 18 Noyabr 2026
109
12:55 / 18 Noyabr 2026
126
12:53 / 18 Noyabr 2026
177
12:51 / 18 Noyabr 2026
281
12:32 / 18 Noyabr 2026
1159
12:28 / 18 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.