Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Ordusu silahlarını yeniləyir - Yeni avtomatlar gətirildi+

2018-06/1529130253_bash.jpg

HƏRBİ

3341

16.06.2018, 10:23

\"\" Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.
Oxu24.COM -UN  “AzeriDefence” saytına istinadən verdiyi xəbərə görə, Quru Qoşunları İsrail istehsalı TAR-21 “Tavor” avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib. Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub. AR-15 “Aztex” adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrdək göstərilir. Adıçəkilən avtomatın növbəti partiyalarının da orduya verilməsi gözlənilir. AR-15 “Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və 3 hissədə (lülə qutusunun üzəri, sağ və sol tərəfdə) pikkatini tamasaları ilə komplektləşdirilib. \"\"