Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Süleymanini öldürmək üçün xüsusi silah hazırlayıbmış + Video

2020/01/04/1578156980__.jpg

HƏRBİ

779

04.01.2020, 20:52

Yanvarın 2-dən 3-nə keçən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi bölməsinin rəhbəri, general-mayor Qasım Süleymaninin öldürülməsi iki gündür dünya gündəminin əsas mövzusuna çevrilib.
Bakupost xəbər verir ki, general "MQ-9 Reaper" PUA-sı tərəfindən atılan raketlə həyatını itirib. İranın kilid adamı və təsirində olan ölkələrdə Xamaneinin sağ əli olan generalın ölümünə səbəb olan PUA-nı yaxından tanıyaq:
"MQ-9 Reaper" ABŞ-ın istəyi ilə "General Atomics Aeronautical Systems" tərəfindən təkmilləşdirilib. İlk uçuşunu 2001-ci ildə həyata keçirən PUA-nın daha fərqli modelləri də var. Hal-hazırda MQ-9 Reaper-dən İspaniya, İtaliya, İngiltərə, Fransa, Hollandiya, Hindistan da istifadə edir. "MQ-9 Reaper"in texniki xüsusiyyətləri: Heyət: Yer stansiyasında 2 nəfər Uzunluq: 11 m Qanad uzunluğu: 20 m Hündürlük: 3,81 m Ağırlığı: 2,223 kq Maksimum ağırlığı: 4,760 kq Yanacaq tutumu: 1,800 kq Yük tutumu: 1,700 kq (Daxili: 360 kq, Xarici: 1400 kq) İstifadə olunan raketlər: AGM-114 Heelfire, GBU-12 Paweway 2 lazer bombaları, GBU-38 Jointdireckt Attack Munitions, Multi Spectrale Targeting System Motor: 1 Honeywell TPE 331 -10 Turboprop Maksimal surət: 482 km/s Müşahidə sürəti: 313 km/s Mənzil: 1,900 km Dözümlülük: 14 saat (tam yüklü) Xatırladaq ki, Türkiyə də ABŞ-dan sözügedən PUA-ları almaq istəmiş, lakin ABŞ satmağa yanaşmamışdı. Türkiyə hazırda "MQ-9 Reaper" istehsal edir.