Bu şəxslərin övladlarına 140 manat verilir
29 Mart 2026, 20:42
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
621
17.02.2026, 09:35
Son vaxtlar sosial şəbəkələrdə və mediada sağlamlıq problemləri olan, lakin buna baxmayaraq hərbi xidmətə “yararlı” kimi qiymətləndirilən vətəndaşların müraciətləri artmaqdadır. Xüsusilə skolioz, kifoz, bel problemləri, ayaq əyriliyi və ümumi zəif orqanizmi olan şəxslərin tibbi komissiya tərəfindən xidmətə uyğun sayılması cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bu barədə redaksiyamıza daxil olan şikayətdə də bildirilib ki, sağlamlıq vəziyyəti ağır olan bəzi çağırışçılar tibbi sənədlərinə və əvvəlki müayinələrin nəticələrinə baxmayaraq “yararlı” kimi qeydiyyata alınırlar. Şikayətdə qeyd olunur ki, belə şəxslər həm fiziki, həm də psixoloji baxımdan hərbi xidmətə hazır olmadıqları halda, qərarla razılaşmağa məcbur qalırlar. Nəticədə isə onların sağlamlığı risk altına düşür və gələcək həyatlarında ciddi fəsadlarla üzləşmək ehtimalı artır.
Bu cür hallarda vətəndaşların həm hüquqi, həm də tibbi baxımdan hansı imkanlara malik olması xüsusi əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Nərgiz Sərdarova bildirib ki, hərbi xidmətə yararlılıq yalnız formal yoxlama ilə deyil, tam tibbi ekspertiza əsasında müəyyən edilməlidir. Onun sözlərinə görə, bu sahə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun və hərbi-həkim ekspertizası qaydaları ilə tənzimlənir və hər bir çağırışçının hüquqları qanunla qorunur:
“Vətəndaş tibbi komissiyanın qərarı ilə razılaşmadıqda, həmin qərardan şikayət vermək hüququna malikdir. İlk mərhələdə yuxarı tibbi komissiyaya müraciət edilməli, nəticə dəyişməzsə, inzibati məhkəməyə üz tutulmalıdır. Məhkəmə müstəqil tibbi ekspertiza təyin edə və yanlış qərarı ləğv edə bilər. Praktikada tez-tez rast gəlinir ki, bəzi hallarda komissiyalar sənədləri lazımi səviyyədə araşdırmadan “yararlı” qərarı verirlər. Bu isə gələcəkdə həm çağırışçının sağlamlığına, həm də hərbi hissədə xidmət prosesinə ciddi zərər vurur. Sağlamlığı hərbi xidmətə imkan verməyən şəxsin zorla xidmətə göndərilməsi qanunsuzdur”.
Hüquqşünas qeyd edib ki, skolioz, kifoz, bel və ayaq problemləri olan şəxsin avtomatik şəkildə yararlı kimi tanınması nə tibbi, nə də hüquqi baxımdan əsaslandırıla bilər. Belə hallarda hər bir vətəndaş sənədlərini tam şəkildə toplamalı, qərardan şikayət etməli və lazım gəldikdə məhkəmə yoluna müraciət etməlidir.
Həmçinin oxuyun
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı NOCOMMENT.az-a danışan həkim-ortoped, travmatoloq Vüsal Mahmudov isə bildirib ki, skolioz və kifoz kimi onurğa xəstəlikləri yüngül mərhələdə olduqda bəzən xidmətə mane olmaya bilər, lakin orta və ağır dərəcəli hallarda hərbi yük ciddi fəsadlara səbəb olur:
“İkinci dərəcəli skolioz və kifoz adətən artıq funksional problemlər yaradır. Uzun müddət ayaqüstə qalmaq, ağır fiziki yüklər, silah və avadanlıq daşımaq belə xəstələrdə ağrıların artmasına, onurğada deformasiya dərinləşməsinə və hətta əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər. Bu səbəbdən belə şəxslərin xidmətə yararlı hesab edilməsi tibbi baxımdan risklidir”.
Vüsal Mahmudov əlavə edib ki, bel yırtığı, ayaq əyriliyi və zəif əzələ sistemi də ayrıca qiymətləndirilməlidir. Bu problemlər birlikdə olduqda insanın hərbi xidmətə uyğunluğu daha da azalır. Onun fikrincə, tibbi komissiya yalnız səthi müayinə ilə kifayətlənməməli, MRT, rentgen və funksional testlərin nəticələrini əsas götürməlidir:
“Çağırışçılar müayinəyə gedərkən bütün tibbi sənədlərini əvvəlcədən toplamalı, xəstəxana arayışlarını, həkim rəylərini və diaqnostik nəticələri təqdim etməlidirlər. Əgər buna baxmayaraq, şəxs yararlı kimi qeyd olunursa, mütləq şəkildə etiraz mexanizmlərindən istifadə edilməlidir. Vaxtında müdaxilə edilməzsə, hərbi xidmət zamanı yaranan ağırlaşmalar sonradan ömürlük problemlərə çevrilə bilər”.
01:28 / 30 Mart 2026
195
01:10 / 30 Mart 2026
140
00:47 / 30 Mart 2026
163
00:30 / 30 Mart 2026
240
00:17 / 30 Mart 2026
267
00:13 / 30 Mart 2026
315
23:57 / 29 Mart 2026
263
23:47 / 29 Mart 2026
247
23:34 / 29 Mart 2026
276
23:15 / 29 Mart 2026
169
22:53 / 29 Mart 2026
211
22:42 / 29 Mart 2026
133
22:11 / 29 Mart 2026
151
21:59 / 29 Mart 2026
118
21:37 / 29 Mart 2026
228
21:26 / 29 Mart 2026
291
21:09 / 29 Mart 2026
336
20:52 / 29 Mart 2026
340
20:42 / 29 Mart 2026
272
20:23 / 29 Mart 2026
215
20:09 / 29 Mart 2026
175
19:53 / 29 Mart 2026
106
19:40 / 29 Mart 2026
676
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.