Hərbi xidmətə çağırışla bağlı ən çox verilən suala cavab..
22 İyul 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1500
30.01.2026, 23:55
Azərbaycan qanunvericiliyində hərbi xidmətə yollanan işçilərə nə qədər müavinət ödənildiyi müəyyənləşib.
Oxu24.com xəbər verir ki, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda tərəflərin (işəgötürən və işçi) iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
Bu halda işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyir.
Həmçinin, işəgötürən işçiyə orta aylıq əmək haqqının 3 misli miqdarında müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, bu halda işçiyə ödənilməli olan son haqq-hesab hesablanır:
“Misal üçün, deyək ki, Kamran adlı şəxs “A” MMC-də 15.12.2024-ci il tarixindən mühasib vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək aylıq 800 manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən istifadə etməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən ona çağırış vərəqəsi daxil olub və əmək müqaviləsinə 15.01.2026-cı il tarixdən hərbi xidmətə çağırılması əsası ilə xitam verilib”.
A.Aydın əlavə edib ki, bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesabı bu şəkildə hesablanır:
Əvvəlcə işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır:
İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayı üzrə aylıq iş vaxtı norması 151 saatdır. Kamran yanvar ayında 9 iş günü (72 saat) çalışıb və son iş günü 15 yanvar tarixidir.
800 : 151 = 5,30 manat ; 5,30 × 72 = 381,6 manat
Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanır:
Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan istifadə etməyib. Onun iş ili 15.12.2024 – 15.12.2025 tarixlərini əhatə edir və bu dövr üçün 30 təqvim günü məzuniyyət hüququ var. Növbəti iş ilində isə 31 təqvim günü işlədiyi üçün ona əlavə olaraq 2,5 gün ((30:365) × 30) məzuniyyət günü düşür. Beləliklə, ümumilikdə 32,5 təqvim günü istifadə edilməmiş məzuniyyət qalır.
Orta aylıq əməkhaqqının 800 manat olduğunu nəzərə alındığımız zaman məzuniyyətə görə kompensasiya aşağıdakı kimi olur:
(800 : 30,4) × 32,5 = 855,3 manat
Kamrana hərbi xidmətə çağırılmasına görə veriləcək işdənçıxarma müavinətinin məbləği aşağıdakı kimi olacaq:
Ödənişdən əvvəlki iki ay – noyabr və dekabr ayları üzrə Kamranın gəliri 1 600 manat (800×2) olub. Həmin aylarda iş günlərinin sayı 41 gün olub. Nəticədə bir günlük əmək haqqı 39 manat (1600:41) olacaq.
2026-cı il üzrə orta aylıq iş günlərinin sayı 20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcək orta aylıq əməkhaqqının məbləği 783,1 manat (30×20,08) olacaq. Bu məbləğin 3 misli, yəni işdənçıxma müavinəti 2 349,4 manat (783,1×3) olacaq.
Bütün bunlardan sonra son haqq-hesab məbləği belə olacaq:
381,6 manat (işlənmiş günlər üçün əməkhaqqı) + 855,3 (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) + 2 349,4 (işdənçıxarma müavinəti) = 3 670,86 manat.
Deməli, bu nümunədən də göründüyü kimi ayda 800 manat əmək haqqı alan bir şəxs hərbi xidmətə çağırılan zaman işəgötürən ona 3 586,3 manat
ödəməlidir.
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
Məlumat üçün bildirək ki, əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə də tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması halları istisna olmaqla işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır.
Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar
Hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır."Yeni Sabah"
10:20 / 30 İyul 2026
2
10:15 / 30 İyul 2026
18
10:11 / 30 İyul 2026
28
09:53 / 30 İyul 2026
53
09:48 / 30 İyul 2026
49
09:45 / 30 İyul 2026
51
09:40 / 30 İyul 2026
51
09:25 / 30 İyul 2026
56
09:11 / 30 İyul 2026
60
09:07 / 30 İyul 2026
64
09:04 / 30 İyul 2026
59
08:56 / 30 İyul 2026
62
01:13 / 30 İyul 2026
193
00:37 / 30 İyul 2026
288
00:26 / 30 İyul 2026
108
00:01 / 30 İyul 2026
102
23:49 / 29 İyul 2026
97
23:22 / 29 İyul 2026
100
22:51 / 29 İyul 2026
165
22:34 / 29 İyul 2026
94
22:11 / 29 İyul 2026
99
21:57 / 29 İyul 2026
125
21:12 / 29 İyul 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.