“HAVELSAN”-ın yeni proqramı Azərbaycan HHQ-yə nə qazandıracaq? – Hərbi ekspertdən AÇIQLAMA
04 Avqust 2026, 12:40
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
788
10.11.2025, 17:45
Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri hər zaman şəhidlərin qanı, igidlərin mərdliyi ilə yazılıb. Amma bu qəhrəmanların adını tarixə həkk edən təkcə onların göstərdiyi şücaət deyil, həm də dövlətin həmin şəxslərə verdiyi ali qiymətdir. Bu baxımdan “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” adları həm mənəvi, həm tarixi, həm də ideoloji baxımdan xüsusi məna daşıyır.
Azərbaycan xalqının bu günlərdə qeyd etdiyi Zəfər bayramının 5-ci ildönümündə “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını daşıyan igidlər də gündəmdədir.
Bu adların hər ikisi eyni ruhun – vətən sevgisinin, fədakarlığın və qeyrətin ifadəsidir. Onlara layiq görülən qəhrəmanların məqsədi eyni idi: Azərbaycanın bütövlüyü və şərəfini qorumaq.
“Azərbaycanın Milli Qəhrəmanı” adı 25 mart 1992-ci il-ci ildə təsis olunub.
“Vətən Müharibəsi Qəhrəmanı” adı isə 20 noyabr 2020-ci il tarixində təsis olunub.
Bəs bu adlardan hansı daha yüksək fərqlənmə dərəcəsidir.
Oxu24.com xəbər verir ki, Modern.az saytı sosial şəbələrdə və cəmiyyətdəki müzakirələri nəzərə alaraq, yuxarıdakı suala aydınlıq gətirməyə çalışıb.
“Vətən Müharibəsi Qəhrəmanı” adı İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilib. Bu fəxri ad Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir.
“Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” medalıdır.
“Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
"Vətən Müharibəsi Qəhrəmanı" adına azı 83 nəfər layiq görülüb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə sağdır.
“Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə Prezident təqaüdü verilir. Həmin təqaüdün məbləği 2200 manatdır.
“Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ikinci yüksək fərqlənmə dərəcəsidir. Bu fəxri ad Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
“Azərbaycanın Milli Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı səkkizguşəli “Qızıl Ulduz” medalıdır.
“Azərbaycanın Milli Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
Hazırda Azərbaycanın Milli Qəhrəmanlarının sayı 224 nəfərdir. Onlardan 15 nəfəri sağdır, qalanlar ya şəhdi olublar, ya da sonradan vəfat ediblər.
“Azərbaycanın Milli Qəhrəmanı” adı almış şəxslərə də Prezident təqaüdü verilir. Həmin təqaüdün məbləği 2000 manatdır.
Beləliklə, qanunvericiliyə görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı “Azərbaycanın Milli Qəhrəmanı” adından bir pillə yüksəkdir.
“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
Ondan aşağı “Azərbaycanın Milli Qəhrəmanı”nın “Qızıl Ulduz”u taxılır.
“Qızıl Ulduz”dan aşağıda "Vətən uğrunda" medalı taxılır.
22:42 / 08 Avqust 2026
37
22:31 / 08 Avqust 2026
46
22:06 / 08 Avqust 2026
55
21:07 / 08 Avqust 2026
61
16:08 / 08 Avqust 2026
139
16:05 / 08 Avqust 2026
126
14:53 / 08 Avqust 2026
144
13:55 / 08 Avqust 2026
96
13:30 / 08 Avqust 2026
88
13:15 / 08 Avqust 2026
171
13:01 / 08 Avqust 2026
112
12:59 / 08 Avqust 2026
157
12:49 / 08 Avqust 2026
161
12:45 / 08 Avqust 2026
590
12:45 / 08 Avqust 2026
113
12:30 / 08 Avqust 2026
118
12:13 / 08 Avqust 2026
738
12:10 / 08 Avqust 2026
114
12:07 / 08 Avqust 2026
117
11:59 / 08 Avqust 2026
160
11:57 / 08 Avqust 2026
109
11:50 / 08 Avqust 2026
192
11:50 / 08 Avqust 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.