Əsgərimiz Zəngəzurda saxlanılan zaman nə edib?
07 Oktyabr 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
751
10.11.2025, 09:45
Bu gün şəhid Elsəfa Əliyevin doğum günüdür.
Oxu24.com xatırladır ki,yaşasaydı,47 yaşını qeyd edəcəkdi.
Elsəfa Əliyev 1978-ci il noyabrın 10-da Füzuli rayonunun II Mahmdulu kəndində anadan olub.
Azərbaycan Ordusunun baş əsgəri olan Elsəfa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsəfa Əliyev sentybarın 27 -də Füzuli döyüşləri zamanı şəhid olub. Füzuli rayonunun II Mahmudlu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.
12:29 / 08 Oktyabr 2026
1
12:24 / 08 Oktyabr 2026
11
12:21 / 08 Oktyabr 2026
27
12:12 / 08 Oktyabr 2026
25
12:10 / 08 Oktyabr 2026
32
11:53 / 08 Oktyabr 2026
183
11:50 / 08 Oktyabr 2026
65
11:50 / 08 Oktyabr 2026
57
11:33 / 08 Oktyabr 2026
59
11:31 / 08 Oktyabr 2026
53
11:28 / 08 Oktyabr 2026
53
11:27 / 08 Oktyabr 2026
58
11:26 / 08 Oktyabr 2026
231
11:25 / 08 Oktyabr 2026
55
11:15 / 08 Oktyabr 2026
54
11:14 / 08 Oktyabr 2026
59
11:02 / 08 Oktyabr 2026
59
10:57 / 08 Oktyabr 2026
61
10:55 / 08 Oktyabr 2026
70
10:52 / 08 Oktyabr 2026
76
10:50 / 08 Oktyabr 2026
60
10:42 / 08 Oktyabr 2026
816
10:32 / 08 Oktyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.