Əsgərimiz Zəngəzurda saxlanılan zaman nə edib?
07 Oktyabr 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
785
09.11.2025, 15:33
2001-ci ilin 9 noyabr tarixində də anadan olan Ədalət Dəmirov orta məktəbi Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində bitirib. Ali təhsil almaq, həyatda özünə sənət qazanmaq arzularından öncə hərbi xidmətini başa vurmaq istəyib. 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün Göyçay rayon Səfərbərlik Xidmətindən hərbi xidmətə yola düşüb. 10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib. Müharibəyə də həmin hərbi hissədən yollanıb. Ə.Dəmirov Vətən müharibəsi başlayandan bir neçə gün sonra - oktyabr ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib. Atası Nüsrət Dəmirov deyir ki, sonuncu dəfə Ədalətlə sentyabr ayında danışıblar: "Onda səhhətinin yaxşı olduğunu, xidmətinin bitməsinə az qaldığını söylədi. Onda heç kim bilmirdi müharibə olacaq. Sentyabrın 27-də müharibə başladı. Daha onunla danışa bilmədik. Sonuncu dəfə qonşudakı dostuna zəng vuraraq müharibəyə getdiyini deyib. Dostuna tapşırıb ki, evdəkilərə demə, qoy narahat olmasınlar”.
Ədalət Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Ədalət Dəmirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.


14:00 / 08 Oktyabr 2026
2
13:55 / 08 Oktyabr 2026
10
13:47 / 08 Oktyabr 2026
7497
13:34 / 08 Oktyabr 2026
48
13:29 / 08 Oktyabr 2026
86
13:26 / 08 Oktyabr 2026
52
13:25 / 08 Oktyabr 2026
53
13:20 / 08 Oktyabr 2026
45
13:14 / 08 Oktyabr 2026
160
13:00 / 08 Oktyabr 2026
52
12:59 / 08 Oktyabr 2026
56
12:58 / 08 Oktyabr 2026
59
12:49 / 08 Oktyabr 2026
129
12:44 / 08 Oktyabr 2026
70
12:40 / 08 Oktyabr 2026
62
12:36 / 08 Oktyabr 2026
75
12:29 / 08 Oktyabr 2026
57
12:24 / 08 Oktyabr 2026
68
12:21 / 08 Oktyabr 2026
75
12:12 / 08 Oktyabr 2026
66
12:10 / 08 Oktyabr 2026
68
11:53 / 08 Oktyabr 2026
596
11:50 / 08 Oktyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.