Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
461
13.03.2025, 16:56
Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşması haqda iddialar güclənməkdədir. Bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə keçirdiyi iclasda buna eyham vurması diqqət çəkir.
Oxu24.com xəbər verir ki, digər mühüm məqam isə “Caliber”in də Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı məlumatları açıqlamasıdır.
Sual yaranır: Doğrudanmı növbəti müharibəyə hazırlıq gedir?
Bu suala cavab tapmaq üçün İrəvanın atdığı addımlara və bir sıra hadisələrə baxmaq lazımdır:
1. Ötən həftə elan olundu ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyat təlimi keçiriləcək. Bu, 10 həftə davam edəcək;
2. Avropa İttifaqı (Aİ) missiyası sərhəd boyu, xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə kəşfiyyat işlərini intensivləşdirib;
3. Ermənistan son iki ildə hərbi alışlarını kəskin artıraraq, Fransa və Hindistan silahlarına milyardlarla dollar xərcləyib. Həmçinin Aİ də Avropa Sülh Fondu vasitəsilə birbaşa və ya dolayı yolla militarizasiyaya gedən maliyyə töhfələri verməklə prosesdə rol oynayır.
Həmçinin oxuyun
Bu üç detal Ermənistanın yeni müharibəyə hazırlaşdığını təsdiqləyir, lakin açıq qalan suallar göz önündədir.
Ermənistanın aldığı silahlardan aktiv istifadə edəcək qədər canlı qüvvəsi yoxdur. Hərbi kadr çatışmazlığı da var. Bu baxımdan deyə bilərik ki, Ermənistanın yeni hücum üçün niyyəti mövcud reallıqları dəyişməkdir. Daha dəqiq desək, İrəvan Bakını dəhliz tələbindən geri çəkib, daha məqbul şərtlərdə sülh sazişini imzalamaq istəyir. Deməli, Ermənistanın məqsədi Azərbaycanı təhrik edərək öz meydanına gətirməkdir.
Bəs Ermənistan hansı hücum taktikasına əl ata bilər?
Azərbaycan Ordusunun Ermənistan qarşısında şəxsi heyət üstünlüyü var. Bundan başqa, aviasiya üstünlüyümüz də bəlli məsələdir. Ermənistan bunu bildiyi üçün əvvəlcə şərti dövlət sərhədində (ehtimal: Qazax, Kəlbəcər) atəşkəsi poza və ya diversiya hücumu təşkil edə bilər. Beləcə, Azərbaycan Ordusunu öz ərazisinə çəkib, burada döyüşmək istəyər. Bununla Ermənistan həm PUA əleyhinə vasitələrlə PUA, dron hücumlarımızın qarşısını almaq, həm də müdafiə müharibəsi ilə daha çox itki verdirmək planlaşdıra bilər. Paraleldə isə prosesi beynəlxalq müstəviyə daşıyıb, Azərbaycanı işğalçı kimi göstərməyə çalışar.
Əlbəttə ki, Azərbaycan Ermənistanın nə etmək istədiyinin fərqindədir. Ümumiyyətlə, Bakı yeni müharibədə maraqlı deyil: buna görə də son ana qədər təmkinli, səbirli davranması gözləniləndir. İrəvanın təxribatlarına lokal cavab verilməsi də mümkündür. Lakin Ermənistan gərginliyi genişləndirərsə, Bakı özünümüdafiə prinsipi və 10 noyabr bəyanatının icrası əsasında dəhlizin açılmasını, sülhü təmin edə bilər.
Müəllif: Politoloq Turan Rzayev
01:21 / 14 Dekabr 2025
769
00:52 / 14 Dekabr 2025
551
00:43 / 14 Dekabr 2025
128
00:04 / 14 Dekabr 2025
387
23:47 / 13 Dekabr 2025
1098
23:44 / 13 Dekabr 2025
75
23:30 / 13 Dekabr 2025
84
22:45 / 13 Dekabr 2025
484
22:30 / 13 Dekabr 2025
131
22:28 / 13 Dekabr 2025
159
22:22 / 13 Dekabr 2025
181
22:11 / 13 Dekabr 2025
295
21:58 / 13 Dekabr 2025
444
21:34 / 13 Dekabr 2025
1225
21:21 / 13 Dekabr 2025
104
21:19 / 13 Dekabr 2025
138
21:15 / 13 Dekabr 2025
99
21:02 / 13 Dekabr 2025
92
20:49 / 13 Dekabr 2025
431
20:44 / 13 Dekabr 2025
116
20:36 / 13 Dekabr 2025
103
20:26 / 13 Dekabr 2025
95
20:01 / 13 Dekabr 2025
317
19:53 / 13 Dekabr 2025
115
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.