Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Suriyadakı hərbi bazalarını saxlayacaq

HƏRBİ

1250

17.02.2025, 17:39

Rusiya Ərəb Respublikasında hakimiyyət dəyişikliyinə baxmayaraq, bazaları da daxil olmaqla Suriyada hərbi mövcudluğunu davam etdirəcək.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

 

Nəşr qeyd edir ki, Rusiya tərəfi Suriyanın yeni hökuməti ilə razılaşmaya yaxındır. O, Moskvaya bəzi kadr və texnikanı ölkədə saxlamağa imkan verməlidir.

 

Nəşr vurğulayır ki, Rusiya Suriyada keçmiş dövlət başçısı Bəşər Əsəd devrilməmişdən əvvəl ona məxsus olan dəniz və hava qüvvələri bazalarına nəzarəti saxlaya bilər.

 

Fevralın 15-də Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani bəyan edib ki, Suriya ilə Rusiya arasında münasibətlərin gələcəyi yalnız Suriya xalqının iradəsi ilə müəyyənləşəcək.

 

Onun bəyanatı Rusiya prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa arasında bu yaxınlarda baş tutan telefon danışığında iki ölkə arasında əvvəllər bağlanmış sazişlərə yenidən baxılması imkanlarının müzakirəsi zamanı verilib.

 

Bundan əvvəl Suriya Müdafiə Nazirliyi Rusiya hərbi bazalarının saxlanması şərtini açıqlamışdı.

 

Nigar