Qaynar xətt:

(+99450) 247 90 86

Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO

Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO

HƏRBİ

323

29.04.2024, 11:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmaları yerinə yetiriblər.

Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.