"iPhone 18 Pro"nun qiyməti AÇIQLANDI
16 Aprel 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
774
26.02.2020, 12:14
Dünyanın bir sıra ölkələrində yayılan koronavirusla bağlı profilaktik tədbirlər bütün sahələrdə aparılır. Şagirdlərin kompakt cəmləşdiyi təhsil müəssisələri də bu tədbirlərdən kənarda qalmayıb. Bu gün Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə koronavirusla bağlı müvafiq tapşırıqlar verib.
Oxu24.com sputnik.az-a istinadən verdiyi məlumata görə, Nazirliyin tapşırığında deyilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan, Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.
"Qeyd olunan vəziyyət nəzərə alınaraq ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi tapşırılıb. Həmçinin ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi, tibb otaqlarının zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması da tapşırıqlar sırasındadır. Ümumi təhsil müəssisələrində aidiyyətli qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması da bu siyahıya daxildir", - deyə Nazirlikdən agentliyimizə bildirilib.
Bəs, görəsən, bu tapşırıqlar ümumtəhsil müəssisələrində koronavirusun qarşısını almaq üçün yetərlidirmi?
Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məktəblilərin koronavirusa yoluxmasının qarşısını almaq üçün imzalanan bu qərarın vacib olduğunu deyib. Amma baş pediatr bildirir ki, bunlarla yanaşı ehtiyatı da əldən vermək olmaz:
Həmçinin oxuyun
"Məktəblərdə sanitar-gigiyenik vəziyyətə həmişə əməl olunmalıdır. Çünki məktəblər uşaqların ən çox kompakt cəmləşdiyi müəssisədir. Şagirdlər günün bir hissəsini təhsil müəssisəsində keçirir, öz yoldaşları ilə ünsiyyətdə olurlar. Bu baxımdan əllərin daim təmiz saxlanılması vacib şərtdir. Əl daha tez çirklənir və virus əl vasitəsilə keçir".
N.Quliyev məktəblərdə ən başlıca profilaktik tədbirin xəstə uşaqların məktəbə buraxılmaması olduğunu söyləyir:
"Məktəblərdə tibb bacıları mütləq şəkildə vizual nəzarət aparmalıdırlar. Hərarəti olan, halsız, öskürüb-asqıran uşaqlar məktəbə buraxılmamalıdır. Əks halda digər şagirdlərin yoluxması mümkündür. Viruslar əsasən hava-damcı və təmas yolu ilə keçir. Amma bununla belə virusdan tam qorunmaq mümkün deyil. Koronavirusla bağlı Çinin təcrübəsi göstərdi ki, körpə uşaqlar bu virusu yüngül adladır. Bununla belə tam əmin olmaq olmaz. Koronavirus Azərbaycanda qeydə alınmasa da, məktəblilərin səhhəti daim evdə valideyn, məktəbdə tibb bacıları tərəfindən nəzarətdə saxlanılmalıdır".
19:40 / 26 Aprel 2026
36
19:09 / 26 Aprel 2026
50
19:05 / 26 Aprel 2026
98
18:54 / 26 Aprel 2026
579
18:49 / 26 Aprel 2026
56
18:48 / 26 Aprel 2026
59
18:11 / 26 Aprel 2026
60
17:49 / 26 Aprel 2026
69
17:32 / 26 Aprel 2026
141
17:18 / 26 Aprel 2026
74
17:08 / 26 Aprel 2026
68
16:57 / 26 Aprel 2026
59
16:40 / 26 Aprel 2026
207
16:38 / 26 Aprel 2026
225
16:19 / 26 Aprel 2026
76
16:04 / 26 Aprel 2026
212
15:41 / 26 Aprel 2026
75
11:31 / 26 Aprel 2026
443
11:29 / 26 Aprel 2026
209
00:36 / 26 Aprel 2026
283
00:19 / 26 Aprel 2026
2529
23:40 / 25 Aprel 2026
193
23:22 / 25 Aprel 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.