Bakıda işçi axtarılır:Maaş 40 min manat
17 Avqust 2026, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
3075
01.03.2025, 20:21
“Oğlum evdən gedəndə məktub yazıb qoymuşdu. Məktubunda deyirdi ki, dərslərdən yorulub, artıq onlar onu sıxır”.
Oxu24.com xəbər verir ki bunu oxu.az-a açıqlamasında tanınmış yazıçı Müşfiq Xan deyib.
Ötən gün oğlunun evdən qaçmasının ardınca yaşanan hadisələrdən danışan naşir qeyd edib ki, hazırda oğlu 10-cu sinifdə oxuyur və I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşır:
“Bizim evdə təxminən dörd ay əvvəl yanğın olmuşdu, hələ də biz öz evimizdə yaşamırıq. Evdə təmir işləri gedir. Dünən, uşağın itməsi ilə bağlı müraciətdən sonra, Daxili İşlər Nazirliyinin 16, 20 və 40-cı polis bölmələrində çalışan əməkdaşlar, təhlükəsiz şəhər kameralarını bir-bir izləyərək, onun hansı istiqamətdə getməsini müəyyənləşdirmək üçün əllərindən gələni etdilər”, - deyə M.Xan bildirib.
Onun sözlərinə görə, oğlunu “İnqilab” deyilən ərazidə (H.Əliyev küçəsi) bir hosteldən tapıblar:
“Planlaşdırıb ki, gedib başlanğıc kimi bir dönərxanada filan işləyəcəyəm, sonra da bacardığım hansı işlər olarsa, işləyərəm. Özü pul qazanmağa həvəsli uşaqdır. Sadəcə, yaşı az olduğu üçün, mən işləməyə icazə vermirəm ki, indi sənin vəzifən dərs oxumaqdır”.
Niyə məhz o hostelə getməsi məsələsinə gəlincə isə naşir qeyd edib ki, oğlu əslində başqa hostelə getməli imiş, amma şəhəri yaxşı tanımadığı üçün və hadisədən bir gün əvvəl smartfonu onun əlindən aldığı üçün həmin ünvanı tapa bilməyib:
“Mən bir gün əvvəl smartfonu ondan götürüb yerinə adi, sadə telefon vermişdim. Gedəndə o telefonu götürməyib, şəhəri də yaxşı tanımır deyə başqa bir hostelə gedib. Həmin hosteldə də əsasən tələbə-gənclər, işləyənlər, təhsil alanlar qalır. Evdən anasından 200 manat civarında pul da götürüb və düşünüb ki, günə 10 ya 15 manat ödəyib qalacaq orada. Şəxsiyyət vəsiqəsini belə götürməmişdi”, - deyə naşir bildirib.
“Yeniyetmə olduğunu gördükləri halda niyə hosteldə heç kim ailəsinə xəbər verməyib” sualına gəlincə, naşir bildirib ki, buna cəhd ediblər, amma oğlu razı olmayıb:
“Hosteldə məcbur ediblər ki, valideynlərinin nömrəsini ver, zəng edib xəbər verək. Etiraz edib, verməyib nömrəni. Daha sonra isə həmin hosteli icarəyə götürən şəxs sosial şəbəkədə paylaşımları və şəklini görüb, nömrələrimi görüb mənə zəng edib. Həmin vaxt mən polis idarəsində idim. 16-cı polis bölməsindən böyük monitorlu izləmə yerinə getmişdik.
Zəng edən adam bir az ehtiyatlı danışırdı, istəyirdi bilsin ki, evdə hər hansı narazılıq olubmu, olmayıbmı. Yəqin fikirləşib ki, bəlkə evdə incidiblər deyə uşaq evdən qaçıb. Onu əmin etdim ki, evlə bağlı heç bir problemi yoxdur və ola da bilməz. Sonra telefonu polis əməkdaşı götürüb həmin adamla danışdı, adam dedi ki, narahat olmayın, uşaq yatıb, rahat yerdədir. Sabah gəlib götürərsiniz. Sabaha saxlamaq olmazdı təbii ki. Biz getdik həmin yerə və təxminən gecə saat ikidə uşağı götürdük, gətirdik evə”.
Naşir açıqlamasında onu da vurğuladı ki, hazırda oğlunun vəziyyəti yaxşıdır: “Deyir özüm məqsədli şəkildə çıxmışdım. Hətta TŞ kameralarına düşməsin deyə, həmişə başıaçıq gəzən uşaq başına yun papaq, onun da üstündən gödəkcənin papağını qoyub ki, kameralarda görünməsin”.
00:04 / 25 Avqust 2026
101
00:01 / 25 Avqust 2026
64
23:54 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
96
22:49 / 24 Avqust 2026
97
22:25 / 24 Avqust 2026
203
22:06 / 24 Avqust 2026
79
21:40 / 24 Avqust 2026
78
21:17 / 24 Avqust 2026
117
20:58 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
110
20:28 / 24 Avqust 2026
82
20:00 / 24 Avqust 2026
84
19:45 / 24 Avqust 2026
96
19:38 / 24 Avqust 2026
98
19:29 / 24 Avqust 2026
91
19:18 / 24 Avqust 2026
200
19:13 / 24 Avqust 2026
86
19:08 / 24 Avqust 2026
979
19:00 / 24 Avqust 2026
75
18:59 / 24 Avqust 2026
416
18:57 / 24 Avqust 2026
96
18:51 / 24 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.