Bakıda işçi axtarılır:Maaş 40 min manat
17 Avqust 2026, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
640
29.04.2024, 17:56
Dövlət qurumu
Əmlakın idarə edilməsi şöbəsinə şobə müdiri
Son tarix 26 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
Əmlakın idarə edilməsi, icarəyə verilməsi onun özəlləşdirilməsi və bu sahəyə investisiyaların cəlb olunması sahəsində Xidmət siyasətinin həyata keçirilməsinə dair təkliflərin verilməsi, xidmət müəssisələrinin və əmlakının idarə edilməsinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi;
Xidmətin daşınmaz əmlakının registrinin aparılmasının təşkil edilməsi, bu məqsədlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, xidmət müəssisə və təşkilatlarından məlumatların alınmasının təmin edilməsi;
Xidmətin daşınmaz əmlakının registrində xidmət əmlakını və onun barəsində bağlanmış əqdlərin qeydə alınmasının, registrdən çıxarışların və digər məlumatların hazırlanmasının təmin edilməsi;
Xidmət əmlakının qorunub saxlanılmasına və təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edilməsi işinin təşkil edilməsi;
Monitorinqlərin təşkili sahəsində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi;
Şöbəyə daxil olan məktub və müraciətlərə baxılmasına və cavabların hazırlanmasına nəzarət edilməsi, əmlakların icarəyə verilməsi və özəlləşdirilməsi işinin təşkilində iştirak edilməsi;
Excel ilə funksiyalar tətbiq etməklə işlərin görülməsi və təhlillərin aparılması, rəhbərliyə təqdim etmək üçün aylıq, rüblük və illik hesabatların hazırlanması;
Şöbənin işinin təşkili, ona rəhbərlik edilməsi və tabeliyində olan əməkdaşların fəaliyyətini koordinasiya edilməsi.
Namizədə dair tələblər:
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu
İş stajına dair tələblər: 1-5 il dövlət müəssisələrində olan staj
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, INTERNET, MS OFFICE, xüsusi ilə Excel bilikləri yüksək səviyyədə
Yüksək səviyyədə ünsiyyət, tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması;
Əmək şəraiti:
İş rejimi: 5 gün;
İş yeri: Bakı şəhəri, Ağdam,Füzuli və Xocavənd rayonu ərazisi.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini mövzu hissəsində “Əmlakın idarə edilməsi şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
12:13 / 15 Sentyabr 2026
19
12:04 / 15 Sentyabr 2026
27
11:56 / 15 Sentyabr 2026
333
11:55 / 15 Sentyabr 2026
32
11:52 / 15 Sentyabr 2026
35
11:44 / 15 Sentyabr 2026
78
11:39 / 15 Sentyabr 2026
37
11:35 / 15 Sentyabr 2026
44
11:34 / 15 Sentyabr 2026
34
11:28 / 15 Sentyabr 2026
45
11:24 / 15 Sentyabr 2026
41
11:20 / 15 Sentyabr 2026
46
11:16 / 15 Sentyabr 2026
38
11:11 / 15 Sentyabr 2026
329
11:10 / 15 Sentyabr 2026
61
11:08 / 15 Sentyabr 2026
54
11:02 / 15 Sentyabr 2026
52
11:00 / 15 Sentyabr 2026
65
10:59 / 15 Sentyabr 2026
44
10:58 / 15 Sentyabr 2026
42
10:56 / 15 Sentyabr 2026
38
10:54 / 15 Sentyabr 2026
38
10:53 / 15 Sentyabr 2026
40
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.