Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli hadisə: 80 yaşlı qadın evində saxladığı kirayəşini doğrayıb yedi

2019-02/1550222115_1_1_67.jpg

DÜNYA

1690

15.02.2019, 13:16

\"\"  Rusiyada  dəhşətli hadisə baş verib.
Oxu24.com   «Московский комсомолец» saytına  istinadən xəbər verir ki,Xabarovsk vilayətində 80 yaşlı təqaüdçü qadın evində insanları doğrayıb yeyərkən  yaxalanıb. Yerli KİV-lərin yaydığı məlumata görə, 80 yaşlı qadın onun evində kirayə yaşayan Ukrayna vətəndaşı Vasiliy Şlyaxtiçini yatdığı otaqda balta ilə doğrayıb.Polisin keçirdiyi əməliyyat zamanı evdə qan izləri aşkar edilib. Qətlə yetirilən şəxsin daxili orqanları soyuducudan  tapılıb. Sümükləri isə yaxınlıqdakı zibil yeşiyinə  atıldığı  müəyyən  edilib. Hətta  qadın hadisə yerinə gələn 5 nəfər polis əməkdaşlarına da hücum edib. Qonşuların polisə verdiyi ifadəyə görə, qadının evindən gecə saatlarında qəssab baltasının çıxardığı səsə oxşar  səslər eşidiblər. Polis evə keçirdiyi baxış zamanı bir neçə il bundan əvvəl itkin düşmüş bir qadının pasportunu da aşkar edib. 80 yaşlı qadının qurbanlarının sayının artacağı ehtimal olunur. Məlumatda qeyd olunub ki, saxlanılan qadın uzun müddət donuz fermasında ət kəsimi ilə məşğul olub.