Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
586
28.11.2023, 19:59
Pskov vilayətində bir ana üç uşağının cəsədi ilə üç ay yaşayıb. İki körpənin meyiti beşiklərdə, üçüncüsü isə çarpayıda ədyala bükülmüş vəziyyətdə olublar.
OXU24.COM bildirir ki, dünən Velikiye Lukidə nəvələrini ziyarət etməyə gələn nənə dəhşətli mənzərənin şahidi olub. Otaqda o, 4 yaşlı nəvəsinin skeletini uşaq bezində, yorğanla örtülmüş vəziyyətdə tapıb. İkincinin - bir yaşlı körpənin qalıqları çarpayının ikinci mərtəbəsində idi. 34 yaşlı Daria S. təqaüdçü anasına oğullarının bir həftə ara ilə avqust ayında yuxuda öldüklərini deyib. Ürəyi qırılan nənə başqa uşaqları axtarmağa başlayıb.
Ailənin Mokriki kəndindəki evində o, 8 yaşlı nəvəsini də ölü tapıb. Çarpayıda uzanıqlı olan meyitin üzəri yorğanla örtülü olub. Uşaqların anası üçüncü uşağı olan qızının da yuxuda ikən öldüyünü bildirib.
Nəticədə yalnız 5 yaşlı qızı sağ qalıb, o, qəyyumluq orqanlarına təhvil verilib. 12 yaşlı məktəbli oğlu isə nənəsi ilə yaşayıb.
Yayda Daria ana kapitalı ilə fərdi ev alıb və uşaqları ilə orada yaşayıb. Məlumata görə, əvvəlcə qızı avqust ayında ölüb. Ana iki oğlu və qızını da götürərək sevgilisi ilə Velikiye Lukidə kirayə mənzilə köçüb. Orada iki oğlu da ölüb. Amma bu, görünür, heç kimi narahat etməyib.
Faktla bağlı "İki və daha çox şəxsi öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Qadın saxlanılıb.
23:47 / 13 Dekabr 2025
10
23:44 / 13 Dekabr 2025
7
23:30 / 13 Dekabr 2025
15
22:45 / 13 Dekabr 2025
140
22:30 / 13 Dekabr 2025
74
22:28 / 13 Dekabr 2025
82
22:22 / 13 Dekabr 2025
77
22:11 / 13 Dekabr 2025
163
21:58 / 13 Dekabr 2025
321
21:34 / 13 Dekabr 2025
868
21:21 / 13 Dekabr 2025
71
21:19 / 13 Dekabr 2025
92
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
326
20:44 / 13 Dekabr 2025
80
20:36 / 13 Dekabr 2025
70
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
267
19:53 / 13 Dekabr 2025
87
19:21 / 13 Dekabr 2025
542
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1026
18:12 / 13 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.