İranın Hormozqan əyalətində 5.2 bal gücündə zəlzələ baş verib.
Oxu24.com xəbər verir ki, yeraltı təkanların episentri Keşmə dairəsindəki Laft kəndinin yaxınlığına yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə olub.
Hadisə nəticəsində üç nəfərin yaralandığı bildirilib.
Zəlzələ nəticəsində 15 yaşayış binasına ziyan dəydiyi bildirilir. Oxu24.com
ŞƏRHLƏR