Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı hərbçi xəstəxanalıq oldu - Müəmmalı insident

2019-02/1549518863_50558_src.jpg

DÜNYA

845

07.02.2019, 09:55

\"\"  Gürcüstanın Krtsanisi təlim mərkəzində insident baş verib. İnsident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev \"Rustavi\" klinikasına yerləşdirilib.
Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın \"Birinci kanal\"ı məlumat yayıb. Müdafiə Nazirliyindən kanala bildirilib ki, emosional fonda yaranmış sözlü mübahisə zamanı çağırışçılardan birinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Nazirlik hərbçinin zədə almadığını və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacağını açıqlayıb. \"Rustavi\" klinikasının növbətçi həkimi Tamar İakobidze isə kanala açıqlamasında bildirib ki, E.Əfəndiyev müalicəsini hərbi hosbitalda davam etdirəcək. Onun sözlərinə görə, hərbçi özü başından travma aldığını desə də, kompüter tomoqrafiyası hər hansı zədə aşkarlamayıb.   Elcanın atası Elbrus Əfəndiyev isə oğlunun hərbi bazada döyüldüyünü və klinikaya huşsuz vəziyyətdə çatdırıldığını bildirib.