Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9538
az

Makqreqor və Nurməhəmmədovun ikinci döyüşünün şərtləri açıqlandı

16:2201 Fevral, 2019
1169
DÜNYA
  • A
 
UFC rəhbəri Deyn Uayt rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasındakı mümkün döyüşün şərtlərini açıqlayıb.

D.Uayt bu barədə EPSN televiziya kanalının efirində açıqlama verib.

Onun fikrincə, hər iki idmançı əvvəlcə oktaqonda digər rəqiblərlə qarşılaşmalıdırlar. O, K.Makqreqora uyğun gələn rəqib olaraq amerikalı Donald Serroneni görür. 30 yaşlı H.Nurməhəmmədov isə oktaqona amerikalı Toni Ferqyusonla çıxmalıdır.

“Bu iki döyüşdən sonra Makqreroqla Nurməhəmmədov arasında revanş döyüşü keçirmək olar”, - deyə D.Uayt bəyan edib.

Yanvarın 29-da UFC 229-da baş verən insidentlə bağlı Nevada ştatının Atletik komissiyasının qərarı məlum olub. H.Nurməhəmmədov doqquz aylıq diskvalifikasiya olunub və 500 min dollar məbləğində cərimə ödəməlidir. K.Makqreqor isə altı aylıq kənarlaşdırılıb və 50 min dollar məbləğdə cərimələnib.

35 yaşlı D.Serrone K.Makqreqorla döyüşməkdə maraqlı olduğunu artıq açıqlayıb. Döyüşçülər sosial şəbəkələrdə mesajlaşıblar. T.Ferqyusonu isə dəfələrlə H.Nurməhəmmədovun potensial rəqibi kimi göstəriblər.

Qeyd edək ki, 2018-ci ilin oktyabrın 7-də H.Nurməhəmmədov UFC-nın yüngül çəki üzrə çempionu adı uğrunda döyüşdə K.Makqreqora qalib gəlib. Rusiyalı idmançı döyüşdən sonra oktaqonun səddini aşaraq irlandiyalının məşqçisi Dillon Denisə hücum edib. Oktaqonun daxilində isə K.Makqreqor və H.Nurməhəmmədovun köməkçiləri arasında qarşıdurma yaşanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi