Qaynar xətt:

(+99450) 247 90 86

Nurməhəmmədov televiziyada aparıcı olacaq

Nurməhəmmədov televiziyada aparıcı olacaq

DÜNYA

1379

31.01.2019, 19:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Yüngül çəkidə rusiyalı Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Qazaxıstan televiziyasında \"The Nomads\" realiti-şousunun aparıcısı olacaq.
Oxu24.com xəbər verir ki, təşkilatçılar çəkilişlərə bu ilin mayında başlamağı planlaşdırırlar. Layihənin iştirakçıları isə müxtəlif ölkələrdən olan idmançılar və olimpiya çempionları olacaq. Onlar idman sınaqlarından və Qazaxıstan ənənələrinə dair bilgilərin yoxlanılması ilə bağlı müsabiqələrdən keçməlidirlər. Qeyd edək ki, UFC 29 yanvarda Həbib Nurməhəmmədovu 9 aylıq diskvalifikasiya edib.