Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9341
az

Bu xəstəliyə inkişaf etmiş ölkələrin əhalisi yoluxur - Alimlərdən xəbərdarlıq

10:4627 Yanvar, 2019
623
DÜNYA
  • A
Yüksək şüalanma kanadalı alimləri həyacan təbili çalmağa vadar edib. Elektro hiper həssaslıq kimi tanınan bu xəstəliyə daha çox inkişaf etmiş ölkələrdə yaşayan əhali yoluxur. Bunu 21 əsrin vəbası da adlandırırlar.

Oxu24.com bildirir ki, alimlərin könüllülər üzərində apardıqları araşdırmalar bunu bir daha sübut edib. Məlum olub ki, könüllülərin bir gecə mobil telefonla yatması səhər insult simptomlarıyla ayılmalarına kifayət edir. Bu həqiqətən xəstəlikdir, yoxsa sadəcə adi şayiədir?

Kanadanın Trent Universitetinin professoru Maqde Haves 10 ilə yaxındır ki, şüalanma ilə bağlı araşdırma aparır. O, mobil telefonların insan orqanizminə olan zərərlərini və qan hüceyrələrinə ziyanını sübut edib. Onun sübutlarından biri isə mikrodalğalı sobaların işlədiyi otaqdan əlavə bütün evə şüa yaymasıdır. Hazırda isə dünya şüalanma üzrə ən pik həddədir. Onun sözlərinə görə elektro hiper həssaslıq allergiyası getdikcə insanların bütün orqanizminə hakim kəsiləcək. Şüalanma mikrodalğalı sobalardan, vay-fay (wi-fi) şəbəkəsi və mobil cihazlardan daha geniş yayılır. Bu xəstəliyin əlamətləri aşağıdakılardır:

- Güclü baş ağrıları;

- Yuxusuzluq;

- Yaddaş zəifləməsi;

- Diqqət dağınıqlığı;

- Əhvalın pisləşməsi, depressiya;

- Panik atak;

- Bədənin müxəlif hissələrində şiddətli ağrılar ;

Bir neçə il bundan əvvəl Yaponiya universtitetlərinin birinin tələbələri belə bir təcrübə aparıblar. Onlar 4 mobil telefonu dairə şəklində düzərək ortaya qarğıdalı dənələri qoyublar. İnanılmazdır, amma bir neçə müddətdən sonra telefonlardan çıxan şüadan qarğıdalı dənələri partlayaraq pop-korn əmələ gətirib. Bundan bəlli olur ki, telefon şüalanması insan orqanizminə nə qədər ziyan vura bilər.

2013-cü ildə Dünya Onkologiya Xəstəlikləri Araşdırma Mərkəzinin apardığı tədqiqatlardan məlum olub ki, mobil telefonlardan çıxan şüa qlioma adlı beyin şişinin yaranması riskini sürətləndirir. Onun böyüyüb inkişaf etməsinə şərait yaradır.

Xatırladaq ki, qlioma beyin xərçənginin ən yayılmış növüdür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi