Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada qasırğa: 2 nəfər ölüb

2018-04/1524336181_moskva.jpg

DÜNYA

1042

21.04.2018, 22:42

\"\" Moskvada qasırğa nəticəsində 2 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Rusiya paytaxtının meri Sergey Sobyaninin Twitter səhifəsində yerləşdirdiyi məlumatda Moskvada baş vermiş qasırğa nəticəsində 12 nəfərin, o cümlədən 3 uşağın yaralandığı bildirilirdi. Uşaqlardan biri, həmçinin 1 kişi də həlak olub. Saniyədə 30 metr sürətlə əsən külək yüzlərlə ağacı kökündən çıxarıb. Son məlumata görə, yaralananların sayı 17-yə çatıb. Gecə saatlarında havanın soyuyacağı, sulu qar yağacağı gözlənilir.