Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə Maduronu qaçırmaq üçün təyyarə göndərib - İddia+ Foto

Türkiyə Maduronu qaçırmaq üçün təyyarə göndərib - İddia+ Foto

DÜNYA

1033

25.01.2019, 00:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Türkiyəyə məxsus “Qolfstrim G550” tipli təyyarə Venesuela prezidenti Nikolas Maduronu ölkədən qaçırmaq üçün Moskva üzərindən Karakasa uçuş edib.
Oxu24.com “Euronews”a istinadən xəbər verir ki, belə bir iddia ilə latın amerikalı jurnalist Federiko Blək Tvitter səhifəsində çıxış edib. “Birini aparmağamı gəldiniz?” sualını ünvanlayan Federiko təyyarənin yanvarın 22-də Atatürk Hava Limanından Moskvanın Vnukovo aeroportuna endiyini, yanvarın 23-də isə Moskvadan Venesuelanın Simon Bolivar Beynəlxalq Hava Limanına getdiyini bildirib.
İddiaya görə, Maduro hökumətini dəstəkləyən Rusiya və Türkiyə lazım gələrsə, onu ölkədən çıxarmaq barədə razılığa gəliblər. \"\"